Bütün xəbərlər
18 dekabr, 13:11

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayon təhsil sektorunun nəzdində fəaliyyət göstərən, bir əsr yaşı olan Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbi bölgənin təhsil həyatında əhəmiyyətli mövqeyə sahibdir. 1923-cü ildə əsası qoyulan bu məktəb illər keçdikcə regionun qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib. 1987-ci ildə istifadəyə verilən məktəb binası 2006-cı ildə əsaslı təmir edilib. Hazırda məktəbin 23 sinfində 570 şagird təhsil alır. 2024-cü tədris ilindən burada İKT və dərzi profilli peşə sinifləri də fəaliyyət göstərir.

Məktəbin uğurları, innovativ yanaşmaları və peşə yönümlü siniflərin yaradılması təhsildə keyfiyyətin yüksəldilməsinə mühüm töhfə verir. 

Məktəbin uğurlarından danışan direktor Sevinc Səmədova qeyd edir ki, əsas məqsədləri təkcə şagirdlərə bilik vermək deyil, onları şəxsiyyət kimi formalaşdırmaq, milli-mənəvi dəyərlərimizi mənimsəmələrini təmin etmək və eyni zamanda müasir texnoloji biliklərə yiyələnən gənclər yetişdirməkdir:

“Məktəbdə İKT və dərzi profilli peşə siniflərinin açılması bu məqsədə xidmət edən əsas addımlardan biridir. Şagirdlərimiz akademik biliklərlə yanaşı, xüsusi bacarıqları ilə də fərqlənir”.

Məktəbdə qonşu şəhərlərdən gələn pedaqoqlar da çalışır. Onların arasında Mingəçevir şəhərindən gələn rus dili müəllimi Sevinc Həsənova, Göyçaydan gələn coğrafiya müəllimi Cəmilə Süleymanova, Ucar rayonundan gələn ingilis dili müəllimi Ayşən Əlisahibli də var. Onlar şagirdlərə bilik vermək üçün hər gün uzun məsafə qət edərək Bərgüşad kəndinə gəlirlər.

Cəmilə Süleymanova bildirir ki, şagirdlərə təkcə coğrafiya bilikləri öyrətmir, onların dünyagörüşünü genişləndirmək, fənnə maraq oyatmaq və motivasiya yaratmaq üçün də çalışır.

Məktəbin şagirdləri müxtəlif respublika və beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər. 2020-ci ildə “Ən yaxşı təqdimat” müsabiqəsində 9-cu sinif şagirdi Elnarə Mirzəliyeva respublika üzrə üçüncü yeri qazanıb. 2023-2024-cü tədris ilində Respublika fənn olimpiadasında mümkün 120 baldan 115-ni toplayaraq region birincisi olan Gülsüm Həsili də məktəbin uğurlu şagirdlərindəndir.

Ən son və səs-küylü nəticə isə 6-cı sinif şagirdi Minayə Hacılıya məxsusdur. O, “International Math Challenge” (IMC) olimpiadasında 30 sualdan 29 sualı düzgün cavablandıran və rəqiblərinə dəqiqələr üzrə tez bitirməklə qalib gələn şagirdimiz öz kateqoriyası üzrə Azərbaycanda birinci, ölkələr üzrə isə 16-cı yerdə qərarlaşıb. Minayə bu uğur haqda deyir:

“Valideynlərim, müəllimlərim və məktəb rəhbərliyi mənə hər zaman dəstək oldular. Bu medal məni daha böyük uğurlara həvəsləndirdi”.

Məktəbdə akademik uğurlarla yanaşı, ekoloji təşəbbüslər də diqqət mərkəzindədir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə 504 şagird iştirak etmiş, peşə siniflərində təhsil alanların tikdiyi yaşıl papaqlar 96 şagirdin iştirak etdiyi fləşmobun simvoluna çevrilib.
Məktəbin Uşaq Birliyinin rəhbəri Zəmilə Həsiyeva bu haqda deyir:

“Biz şagirdlərə ekoloji düşüncə aşılayırıq. Təbiətə sevgi və qayğı məktəbin sosial həyatında xüsusi yer tutur. Yaşıl papaqlarımız təbiətə olan sevgi və qayğının simvoludur”.

Məktəbin 2020-ci il məzunu Fatimə Əliyeva 561 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub, 2024-cü ildə isə 64 balla Bakı Dövlət Universitetinin magistratura pilləsinə daxil olub. Hazırda doğma məktəbində “İKT Helpdesk” müəllimi kimi fəaliyyət göstərir.

Bərgüşad kənd 1 nömrəli tam orta məktəbi gələcəkdə də təhsil sahəsində uğurlarını davam etdirməyi hədəfləyir. Məktəbdə yaradılan müasir təhsil mühiti və peşə sinifləri şagirdlərin rəqabətqabiliyyətli, bacarıqlı və geniş dünyagörüşlü fərdlər kimi yetişməsinə şərait yaradır.

Bu məktəbin uğurları sübut edir ki, peşəkar rəhbərlik və fədakar müəllimlərin səyi ilə Azərbaycanın istedadlı şagirdlərini dünya səviyyəsində tanıtmaq mümkündür.

1 /2

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.