Bütün xəbərlər
2 aprel, 12:16

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşlarının həmmüəllifi olduğu kitab “Ətraf mühitdəki ağır metallar - çirklənmə, risk və bərpa tədbirləri” (Heavy Metals in the Environment - Contamination, Risk, and Remediation) “IntechOpen” elmi nəşriyyat tərəfindən çap edilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, “IntechOpen” Elm, Texnologiya və Tibb sahələrində jurnalların və kitabların aparıcı qlobal nəşriyyatçısı və distribyutorudur. Bu təşkilatın məqsədi tədqiqatçıların elmi işlərini dünyanın müxtəlif ölkələrində yaymağa kömək etməkdir.

Kitabda xüsusi yer ayrılmış “Perspektivli fəslin: Аğır metallar - ekosistemlərə daxil olma mənbələri, bioloji əhəmiyyəti, toksikliyi və sorbsiya üsulları” (Perspective Chapter: Heavy Metals – Sources of Releasing Into Ecosystems, Biological Importance, Toxicity, and Sorption Methods) həmmüəllifləri AMEA-nın vitse-prezidenti, akademik D.Tağıyev, k.e.d. N.Zeynalov, k.ü.f.d. S.Fətullayeva və tibb ü.f.d. Ş.Tağıyevdir.

13 fəsildən və üç hissədən ibarət olan kitabda ağır metallarla çirklənmə, əlaqəli risklər və remediasiya strategiyaları üzrə müasir tədqiqatların hərtərəfli sintezi təqdim edilir. Kitabda müxtəlif yaşayış yerlərində ağır metalların miqrasiyası, çirklənməsi və çevrilməsi haqqında məlumat verilir. Təbii sistemlərdə ağır metalların davranışını təyin edən kimyəvi, fiziki və bioloji proseslər nəzərdən keçirilir, mövcud tədqiqatlara kritik bir baxış verilməklə bu mexanizmlərin ətraflı anlaşılmasını təmin etmək üçün konkret nümunələr göstərilir. Ağır metalların insan sağlamlığı və ekosistemlər üçün yaratdığı risklər də nəzərdən keçirilir. İqtisadi cəhətdən inkişaf edən bölgələrdə və yüksək sənaye aktivliyi olan ərazilərdə ağır metalların toksikoloji təsirlərinə xüsusi diqqət yetirilir. Həmçinin bərpa texnologiyaları və ağır metal çirklənməsinə qarşı tədbirlər də nəzərdən keçirilir.

Bu kitab ətraf mühit və ekologiya, kimya, mühəndislik və ictimai səhiyyə daxil olmaqla müxtəlif sahələrdə ekspertlər və tədqiqatçılar üçün dəyərli mənbədir. Qeyd etmək lazımdır ki, Mitsuo Yoshida tərəfindən redaktə edilən kitab “Web of Science” (Book Citation Index) bazasında indeksləşdirilib. https://www.intechopen.com/books/1003971.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.