Bütün xəbərlər
24 yanvar, 17:08

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri arasında məhsuldar görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, TKTA-nın Təlim və metodologiya şöbəsinin rəhbəri Elçin Cəfərov və hər iki qurumun nümayəndələri iştirak ediblər. Görüşün məqsədi tədris prosesinin keyfiyyətinin artırılması, akademik məsləhətçilərin müasir tələblərə uyğun təlimatlandırılması və onların TKTA tərəfindən sertifikatlaşdırılması məsələlərinin müzakirəsi olub.

Tədris işləri üzrə prorektor Akif Qasımov tyutor xidmətinin universitetin tədris prosesindəki əhəmiyyətini vurğulayıb və bu xidmətin keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi təlimlərin təşkilinin vacibliyini qeyd edib. O bildirib ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər tədrisin effektivliyinə müsbət təsir edəcək.

TKTA-nın Təlim və metodologiya şöbəsinin rəhbəri Elçin Cəfərov AzMİU-nun bu təşəbbüsünü yüksək qiymətləndirərək bu təcrübənin digər ali təhsil müəssisələri üçün də nümunə ola biləcəyinə ümid etdiyini bildirib. O əlavə edib ki, AzMİU ilə birgə həyata keçiriləcək təlimlər universitetlərdə tələbəyönümlü təhsil və kredit transfer sisteminin inkişaf etdirilməsinə töhfə verəcək. Sonda təhsil qanunvericiliyi, tələbəyönümlü təhsil yanaşmaları və kredit transfer sistemi ilə bağlı təlimlərin başlanmasına dair qərar qəbul edilib. Bu əməkdaşlığın gələcəkdə tədris keyfiyyətinin artırılmasına geniş imkanlar yaradacağı vurğulanıb.

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.