Bütün xəbərlər
12 fevral, 15:12

Elm və Təhsil Nazirliyi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sənəd dövriyyəsinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb. Bu çərçivədə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı tibb müəssisələri tərəfindən elektron şəkildə təqdim edilən sağlamlıq haqqında tibbi arayışlar birbaşa “Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu” elektron sisteminə ötürüləcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) məlumat yayıb.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinə qəbul olan uşağın sağlamlıq arayışı tibbi yoxlanışdan keçdikdən 48 saat ərzində sistem üzərindən elektron qaydada valideynin şəxsi kabinetində və qəbul olunduğu təhsil müəssisənin inzibatçı kabinetində əks olunacaq. Bu yeniliyə əsasən, valideynlər artıq uşağın sağlamlıq haqqında tibbi arayışını çap edib təhsil müəssisəsinə fiziki şəkildə təqdim etməyə ehtiyac duymayacaqlar.

Tətbiq ediləcək bu yenilik sənədləşmə prosesini sürətləndirəcək, şəffaflığı artıracaq, valideynlər üçün əlavə vaxt itkisini aradan qaldıracaq və kağız daşıyıcılardan istifadənin minimuma endirilməsinə imkan yaradacaq. Bu da öz növbəsində ekoloji dayanıqlılıq prinsiplərinə uyğun olaraq tullantıların azalmasına və karbon izinin minimallaşdırılmasına töhfə verəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi 2022-ci ildən etibarən www.bq.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə cəlb olunanların sayını artırmaq üçün plan yenilənib – Nazir müavini

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

14 oktyabr, 10:50

Təhsilə ən böyük investisiyaları dövlət qoyur - İdris İsayev

14 oktyabr, 10:45

Azərbaycanda 53 özəl təhsil müəssisəsinin nizamnaməsinə müsbət rəy verilib

14 oktyabr, 10:44

Şagirdlərin elektron yerdəyişməsinə start verilir

14 oktyabr, 10:40

Nazir müavini: Təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir

14 oktyabr, 10:35

HTP çərçivəsində Azərbaycanda təhsil alacaq tələbələrin sayı açıqlanıb

14 oktyabr, 10:27

Vladanka Andreyeva: Təhsil dünyanı dəyişdirən ən güclü vasitədir

14 oktyabr, 10:12

Şəhriyarla Məmməd Arazı doğmalaşdıran ruh

14 oktyabr, 09:55

Naxçıvanda  “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” keçiriləcək

14 oktyabr, 09:43

Şuşa məktəbliləri SAF 2025-in finalında iştirak edəcəklər

14 oktyabr, 09:10

Müəllimlərimizin 80 faizi peşəkar inkişafı dəstəkləyir – HESABAT

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.