Bütün xəbərlər
24 aprel, 11:23

"Azərbaycanda autizm sahəsində aparılan işlər və bu istiqamətdə əldə olunan nailiyyətlər cəmiyyətimizin həssas mövzulara diqqət yetirdiyini və bu sahədə mühüm irəliləyişlərin əldə olunduğunu göstərir”. 

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində deyib. O qeyd edib ki, son illərdə autizm spektr pozuntuları ilə bağlı statistik göstəricilər təkcə Azərbaycanı deyil, bütün dünyanı ciddi narahat edir: “Bu artımın səbəbləri və elmi izahları ayrı-ayrı müzakirə mövzusudur. Lakin bizim əsas vəzifəmiz bu məsələnin cəmiyyətdə yaratdığı təsirləri azaltmaq və bu vəziyyətdən əziyyət çəkən insanlara vaxtında və effektiv dəstək göstərməkdir. Konfrans çərçivəsində edilən çıxışlar və təqdimatlar bu sahədə görülən işlərin, əldə olunan uğurların real göstəricisidir. Sağlam cəmiyyətin qurulması üçün, ilk növbədə, dəstəyə ehtiyacı olan insanların yanında olmaq, onlara psixoloji, sosial və praktiki dəstək göstərmək əsas şərtdir”.

Dövlət Komitəsinin sədri Azərbaycanda autizm sahəsində son illərdə çox mühüm addımlar atıldığını deyib: “Dövlətimizin bu sahəyə göstərdiyi dəstək təqdirəlayiqdir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu istiqamətdə aparılan səylərin səfərbəredici gücü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi diqqət və qayğı ilə birbaşa bağlıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz də autizmli uşaqlar və onların ailələri üçün psixoloji dəstək və təlim proqramları təşkil edir, bu fərdlərin cəmiyyətə inteqrasiyası üçün davamlı fəaliyyət göstəririk. İnanıram ki, birgə səylərimizlə daha inklüziv və mərhəmətli bir cəmiyyət qurmaq mümkün olacaq”.

Şərhlər

Xəbər lenti

24 may, 20:34

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb

24 may, 15:50

Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb

24 may, 15:06

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib

24 may, 13:01

7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…

24 may, 12:58

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib

24 may, 10:42

“Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib

24 may, 01:10

IX siniflərin buraxılış imtahanının nəticələri AÇIQLANDI

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.