Bütün xəbərlər
11 fevral, 20:46

Bakıda dövlət və özəl qurumların nümayəndələrini, insan resursları üzrə mütəxəssisləri və təhsil ekspertlərini bir araya gətirən İnsan İnkişafı Forumu keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, dövlət-özəl sektoru əməkdaşlığı çərçivəsində “Milli dəyərlərlə birgə qlobal biznesə!” devizi ilə təşkil olunmuş forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi insan potensialının artırılmasını, fərdi və peşəkar bacarıqların erkən yaşlarda formalaşdırılmasını, karyera sahəsində müasir tələb-təklif trendlərini müzakirə etmək, müvafiq sahədə təcrübə mübadiləsi aparmaqdır.

Forumda Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Paşa Holding" MMC-nin Baş icraçı direktoru Cəlal Qasımov çıxış ediblər. Çıxışçılar ölkəmizdə insan kapitalının inkişafı və bu sahədə dövlət dəstəyi, bilik və bacarıqların artırılması, sahibkar düşüncə tərzinin təşviqi, təhsil sistemi və biznes arasında qarşılıqlı əməkdaşlıq, məşğulluq məsələləri, işəgötürənlər və işçilərin gözləntiləri və s. mövzularda fikir və təkliflərini bölüşüblər.

Tədbir çərçivəsində “Azərbaycan biznes mədəniyyəti” və “Balaca tacirlər” kitablarının təqdimatı keçirilib. “İnsan inkişafı: Uşaq və gənclərdə biznes üçün kompetensiyaların formalaşdırılması” mövzusunda keçirilən panel müzakirəsində iştirakçılar uşaqlarda və gənclərdə biznes düşüncəsinin inkişaf etdirilməsi, sahibkarlıq bacarıqlarının formalaşdırılması, müasir əmək bazarının tələblərinə uyğun kompetensiyaların qazanılması və bu istiqamətdə tətbiq edilə biləcək effektiv metodlar barədə fikirlərini bölüşüblər.

1 /7

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.