Bütün xəbərlər
13 dekabr, 11:35

Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilati dəstəyi və  “ÖzünÖyrən” MMC-nin rəsmi təşkilatçılığı ilə informatika və rəqəmsal inkişafın təbliğinə yönələn, 2024-2025-ci tədris ilində keçirilən Bebras İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsi uğurla başa çatıb. Cari il üzrə müsabiqədə ölkə üzrə rekord sayda 69 şəhər və rayondan 376 məktəbi təmsil edən 17564 şagird iştirak edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Beynəlxalq “Bebras” informatika və alqoritmik müsabiqəsi proqramlaşdırma bilikləri tələb etmədən şagirdlərin alqoritmik və məntiqi təfəkkürünü qiymətləndirmək məqsədi daşıyan layihədir. Müsabiqə şagirdlərə informatika ilə yanaşı məntiq və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirməyə və sağlam rəqabət aparmağa imkan yaradır. Onlayn müsabiqə zamanı I-X sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun əyləncəli formada müxtəlif tapşırıqların həllinin tapılması üçün yarışıblar. 

2025-ci ilin əvvəllərində Bebras müsabiqəsinin final mərhələsi keçiriləcək. Hər yaş qrupunda ən yaxşı nəticə göstərən şagirdlər final mərhələsində iştirak edəcək və burada qaliblər müəyyən olunaraq mükafatlandırılacaq.

Bebras müsabiqəsi Azərbaycanda informatika biliklərinin geniş təbliği və təhsildə rəqəmsal savadlılığın artırılması istiqamətində mühüm bir təşəbbüsdür. Gələcəkdə müsabiqənin daha da genişləndirilməsi və daha çox şagirdin bu platformadan faydalanması üçün tədbirlər görüləcək.

Qeyd edək ki, “Bebras” müsabiqəsi 2004-cü ildən başlayıb. Dünyanın 70-dən çox ölkəsində yüz minlərlə şagirdin iştirak etdiyi müsabiqə Azərbaycanda  2014-cü ildən etibarən keçirlilir.

Nəzərinizə çatdıraq ki, müsabiqə 2023-cü ildə 61 rayon və şəhərdən 242 məktəbi əhatə edib və 5395 şagird iştirak edib. Ən yüksək bal toplamış şagirdlər 2024-cü ilin aprel ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən final mərhələsinə dəvət olunub və qaliblər qiymətli hədiyyələrlə təltif ediliblər.

Müsabiqə haqqında daha ətraflı məlumat üçün http://bebras.az vebsaytından istifadə edə bilərsiniz.

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.