Bütün xəbərlər
29 aprel, 14:02

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 1 may saat 11:00-dan etibarən www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Qəbul yalnız elektron sistem üzərindən aparılır və ölkənin bütün şəhər və rayonlarını əhatə edir. Bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

“Azərbaycan müəllimi” valideynlər üçün elektron qeydiyyat prosesini mərhələli şəkildə izah edir.

Elektron qeydiyyat necə aparılır?

Prosesə başlamazdan əvvəl valideyn (qanuni nümayəndə) www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçməli və şəxsi kabinet yaratmalıdır.

Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti/daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları “Digital login” vasitəsilə şəxsi kabinetə daxil olurlar. Dövlət Miqrasiya Xidmətinin qaçqın vəsiqəsi, Xidməti vəsiqə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının vəsiqəsi, xarici ölkənin vətəndaş pasportu ilə qeydiyyatdan keçmək istəyirsinizsə, Alternativ Qeydiyyat Mərkəzlərinə yaxınlaşmalısınız.

Qeydiyyat prosesi yekunlaşdıqdan sonra siz www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdiyiniz sənəd növünə uyğun olaraq müvafiq sətri seçib, şəxsi kabinetdə qeyd edilən əlaqə nömrəsi və elektron sistem tərəfindən təqdim olunan şifrə vasitəsilə şəxsi kabinetə daxil ola bilərsiniz.

Valideyn (qanuni nümayəndə) Azərbaycan Respublikası vətəndaşıdırsa, “Azərbaycan Respublikası vətəndaşları” sətrini seçib “Digital Login” düyməsini sıxmalıdır. Açılan pəncərədə daxilolma vasitələrindən birini seçməlisiniz. Şəxsi kabineti yaratmaq üçün “SİMA Rəqəmsal İmza”, “ASAN İmza”, “Elektron İmza”, “İdentifikasiya nömrəsi ilə” giriş edilə bilər.

Daxilolma vasitələrindən birini seçib məlumatları daxil etdikdən sonra elektron sistem sizi şəxsi kabinetin “Şəxsi məlumat” səhifəsinə yönləndirir. Qeydiyyatı tamamlamaq üçün müvafiq Rayon Təhsil Sektorunu seçin, aktiv telefon nömrənizi daxil edib göndərilən SMS kodu ilə təsdiqləyin. Digər məlumatları daxil etdikdən sonra "Yadda saxla" düyməsini klik edin. Qeydiyyatınız uğurla tamamlandı.

Uşaq qeydiyyatdan necə keçirilməlidir?

Uşağın sistemdə qeydiyyatdan keçməsi üçün “Uşaqların qeydiyyatı” bölməsində “Uşağı qeydiyyatdan keçirmək” linkinə daxil olun. Bu zaman sizin şəxsi kabinetinizdə övladlarınızın məlumatları görünəcək. “Əlavə et” düyməsini sıxaraq məktəbyaşlı övladınızı şəxsi kabinetə əlavə etməlisiniz.
Eyni zamanda səhifənin aşağı hissəsində də uşaqların qeydiyyatını aparmaq mümkündür.

Sistemdə qeydiyyat uşağın şəxsiyyətini təsdiq edən 3 növ sənəddən biri əsasında aparılır. İstifadə olunan bütün növ sənədlərin qeydiyyatı avtomatik olaraq dövlət elektron məlumat sistemindən alınmış məlumatlar əsasında əldə olunur:

- Əgər uşaq Azərbaycan Respublikasının vətəndaşıdırsa, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
- Əgər uşaq Azərbaycan Respublikasının vətəndaşı deyilsə, Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşayış üçün icazə vəsiqəsi;
- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Himayə Sənədi seçilir.

Sənədin növünü seçməklə və sənədin növündən asılı olaraq istifadəçi FİN kodunu, sənədin seriyasını və nömrəsini və ya şəxsi iş nömrəsini daxil etməlidir. Məlumatlar müvəffəqiyyətlə alındıqdan və qohumluq dərəcəsi seçildikdən sonra “Məlumatların düzgün daxil edildiyini təsdiq edirəm” düyməsini sıxın. Sistemdə uşağın məlumatlarının müvəffəqiyyətlə əlavə olunmasına dair məlumat görünəcək. “Bağla” düyməsi sıxıldıqdan sonra əsas səhifəyə yönəldiləcəksiniz.

Həmin səhifədə sistemə daxil edilmiş uşaq haqqında məlumat və “Məktəbə sorğu” düyməsi görünəcək. Uşaqların qeydiyyatdan keçməsi haqqında məlumat “Uşaqların qeydiyyatı” bölməsində yerləşir. Uşağın adı yazılmış sahəyə nəzər salmaqla onun məlumatlarına baxa bilərsiniz.

Dəstək üçün hara müraciət etmək lazımdır?

Qeydiyyat prosesində çətinlik yaşayan vətəndaşlar müvafiq Regional Təhsil İdarələrinin Çağrı Mərkəzlərinə zəng edə bilərlər. Eyni zamanda, portal.edu.az saytında “Vətəndaş müraciətləri” hissəsində öz rəy və təklifinizi yaza bilərsiniz.

Bununla yanaşı, MÜTDA-nın Vətəndaşlara Xidmət Mərkəzinə və ya aşağıda qeyd olunan ASAN xidmət mərkəzlərinə yaxınlaşaraq dəstək ala bilərsiniz:

- 5 saylı Bakı "ASAN xidmət" mərkəzi  
- 6 saylı Bakı "ASAN xidmət" mərkəzi  
- 7 saylı Bakı "ASAN xidmət" mərkəzi  
- 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi  
- 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi  
- İmişli "ASAN xidmət" mərkəzi  
- Mingəçevir "ASAN xidmət" mərkəzi  
- Masallı "ASAN xidmət" mərkəzi  
- Şəki "ASAN xidmət" mərkəzi  
- Tovuz "ASAN xidmət" mərkəzi  
- Şamaxı "ASAN xidmət" mərkəzi  
- Salyan "ASAN xidmət" mərkəzi  
- Bərdə "ASAN xidmət" mərkəzi  
- Sabirabad "ASAN xidmət" mərkəzi  
- Balakən "ASAN xidmət" mərkəzi  
- Şuşa "ASAN xidmət" mərkəzi

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.