Bütün xəbərlər
30 aprel, 12:04

Pakistan İslam Respublikasının NED Mühəndislik və Texnologiya Universitetinin rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Universitetdən “Azərbaycan müəllimi” xəbər verir ki, qonaqlarla görüşdə rektor Yaqub Piriyev əsasən mühəndislik ixtisasları üzrə kadrlar hazırlayan BMU-nun maddi-texniki bazası, o cümlədən tədqiqat potensialını diqqətə çatdırıb. Azərbaycan ilə Pakistanın dostluq, qardaşlıq münasibətləri, eləcə də müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıqlarını vurğulayan rektor iki ölkənin ali məktəbləri arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanlara toxunub. BMU-da 31 nəfər Pakistan vətəndaşının təhsil aldığını bildirən Yaqub Piriyev, eyni zamanda universitetin beynəlxalq əlaqələri, xüsusən Pakistan universitetləri ilə həyata keçirilən əməkdaşlıq, gerçəkləşdirilən qarşılıqlı səfərlər, təcrübə mübadiləsi və s. məsələlərdən geniş bəhs edib.

Sonra NED Mühəndislik və Texnologiya Universitetinin prorektoru Prof. Dr. Muhammad Tufail təmsil etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, bir əsrdən artıq yaşı olan universitet mühəndisliklə yanaşı, tətbiqi sahələr, ümumilikdə 100-dən artıq ixtisas üzrə kadr hazırlığını həyata keçirir. Universitetdə 37 bakalavr və magistratura proqramlarının icra olunduğunu, 30 laboratoriyanın fəaliyyət göstərdiyini söyləyən rektor tədqiqat sahəsində qazanılan bir sıra nailiyyətləri önə çəkib. Habelə Avropa ali məktəbləri ilə əlaqələr qurmuş qocaman təhsil ocağının BMU ilə də əməkdaşlığa maraqlı olduğunu deyib, o cümlədən konkret sahələr üzrə birgə tədqiqatlar aparmaq təklifini irəli sürüb.

Universitetin Kompüter və informasiya sistemləri mühəndisliyi kafedrasının müdiri, Böyük Məlumatlar və Bulud Hesablama üzrə Milli  Mərkəzin direktoru, Prof. Dr. Məhəmməd Əli İsmayıl da çıxışında ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsini bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətli adlandırıb.  

İki universitet arasında əməkdaşlığın mümkün istiqamətlərinə dair səmərəli müzakirələrlə davam edən görüşün sonunda qonaqlar BMU-nun laboratoriyaları ilə tanış olublar.

1 /8

Şərhlər

Xəbər lenti

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.