Bütün xəbərlər
6 mart, 10:55

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı – 2025 keçirilir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, festival yeni istedadların üzə çıxarılması, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqünün tərbiyə edilməsi, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

Festivalda iştirak 2 formada həyata keçirilir: fərdi və kollektiv. 

19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda hər iştirak formasına uyğun aşağıda qeyd olunan nominasiyalar mövcuddur:

  • Fərdi iştirak üçün nominasiyalar: Milli rəqs (solo), Müasir rəqs (solo), Klassik simli alətlər; Klassik nəfəs alətləri; Azərbaycan xalq çalğı simli alətləri; Azərbaycan xalq çalğı nəfəs alətləri; Azərbaycan xalq çalğı zərb alətləri; Piano ifaçılığı; Qarmon ifaçılığı; Akademik vokal; Caz ifaçılığı; Estrada oxuma; Xanəndəlik sənəti; Aşıq sənəti; Rəssamlıq; Heykəltaraşlıq; Dekorativ-tətbiqi sənət; Səhnə ifaçılığı; Rəqəmsal incəsənət (foto, video); 
  • Kollektiv iştirak üçün nominasiyalar: Milli rəqs (ansambl); Müasir rəqs (ansambl); Bal rəqs; Caz ifaçılığı; Xor.

Festivalda necə iştirak etmək olar?

Festivalda iştirak üçün qeydiyyat www.uif.az internet portalı vasitəsilə aparılır. Fərdi iştirakçılar üçün qeydiyyat iştirakçının valideyni və ya qanuni nümayəndəsi tərəfindən, kollektiv iştirakçılar üçün isə kollektivin 18 yaşa çatmış rəhbəri tərəfindən həyata keçirilir.

Festival üç mərhələdən ibarətdir: 

  • Festivalın I mərhələsi 2025-ci ilin aprel-iyun ayında; 
  • Festivalın II mərhələsi 2025-ci ilin iyul-avqust ayında; 
  • Festivalın final mərhələsi isə Bakı şəhərində 2025-ci il sentyabr ayında keçiriləcək. 

Final mərhələsinin keçirilmə yeri, tarixi və vaxtı barədə məlumatlar festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunur.

Festivalda iştirak etmək istəyən xarici vətəndaşlar info@uif.az elektron poçt ünvanına müraciət edə bilərlər. Müraciətin mövzu hissəsində "Xarici vətəndaş" sözü qeyd olunmalıdır.

Qeyd edək ki, festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

Əlavə məlumat üçün Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyinin (https://edu.gov.az) rəsmi internet səhifələrinə, 0502880147 mobil, 147 qısa nömrələrinə və ya sosial media hesablarına müraciət edə bilərsiniz.

1 /1

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.