Bütün xəbərlər
21 yanvar, 16:28

Alqoritmik düşüncə, bacarıqlar və rəqəmsal texnologiyalar... Bu XXl əsrin böyüməkdə olan gənc nəsildən tələb etdiyi bacarıqlardır. Xüsusilə son illər bütün sahələrdə mütəxəssislərin İKT ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına xüsusi önəm verilir. İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssislər hazırda ən tələbatlı kadrlar hesab edilirlər. Və o da danılmaz faktdır ki, məntiqi təfəkkürü yüksək səviyyədə olan, İKT bacarıqlı gənclərin təməli isə orta ümumtəhsil müəssisələrimizdə qoyulur.

"Azərbaycan müəllimi"nin müsahibi olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova ölkənin ümumtəhsil müəssisələrində reallaşdırılan “Rəqəmsal bacarıqlar” layihəsi barədə sualları cavablandırıb.

– Elm və Təhsil Nazirliyi müasir dövrün çağırışlarına cavab verə biləcək, rəqəmsal səriştəli gənclərin yetişməsi üçün bir sıra uğurlu layihələr həyata keçirir. Onlardan biri də "Rəqəmsal bacarıqlar" layihəsidir. Layihə barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.

– “Rəqəmsal bacarıqlar” layihəsi Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlığı çərçivəsində 2017-2018-ci tədris ilindən etibarən tətbiq edilir. Əsas məqsədimiz təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnmələri, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmalarını təmin etməkdir. Bununla yanaşı, layihədə iştirak edən şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməyi hədəfləyir.

– Təhsilimizdə rəqəmsallaşma ilə bağlı ilk layihə olan "Rəqəmsal bacarıqlar" ölkə üzrə nə qədər məktəbi və müəllimi əhatə edir?

– 2024-2025-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 510 000 nəfərədək şagird və 6 000-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə yeni 100 000-ə yaxın məktəbli cəlb olunub. “Rəqəmsal bacarıqlar” layihəsi işğaldan azad olunmuş əraziləri də əhatə etməklə ölkə üzrə 57 regionda, 762 məktəbdə həyata keçirilir. Bundan başqa, “Rəqəmsal bacarıqlar”  təmayül siniflərində ümumilikdə 10 və 11-ci siniflər üzrə 1266 şagird təhsil alır.

– Regionlarda layihəyə maraq necədir?

– Layihə, demək olar ki, ölkənin bütün regionlarında uğurla tətbiq edilir. Nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların da öyrədilməsi şagirdləri daha da ruhlandırır. Bu, təbii ki, layihənin uğurunun əsas göstəricilərindən biridir.

Layihə çərçivəsində 2018-ci ildən etibarən "Kod saatı: rəqəmsal gələcəyə addım" adlı qlobal hərəkat ölkəmizin müxtəlif regionlarında həyata keçirilir və bu təşəbbüs də böyük maraqla qarşılanır. Ötən tədris ilində Quba, Şəmkir və Füzuli rayonlarında təşkil olunan "Açıq qapı" günləri buna bariz nümunədir. Həmin günlərdə ümumilikdə 1500-ə yaxın şagird iştirak edərək layihə haqqında daha ətraflı məlumat əldə edib və təşkil olunan maarifləndirici və əyləncəli fəaliyyətlərdə fəal iştirak edib.

Bu göstəricilər ölkənin regionlarında rəqəmsal bacarıqların inkişafına olan marağın və ehtiyacın yüksək olduğunu nümayiş etdirir.

– "Rəqəmsal bacarıqlar" təmayül siniflərində tədris necə təşkil edilir? Bu siniflərə qəbul olmaq üçün şagirdlərdən nə tələb olunur?

– Elm və Təhsil Nazirliyi “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində “Alqoritmika” beynəlxalq proqlamlaşdırma məktəbi ilə birlikdə 2021-ci ildən etibarən "İnformasiya texnologiyaları" ixtisasına yiyələnmək istəyən 10-11-ci sinif şagirdləri üçün proqram həyata keçirir. 

“Rəqəmsal bacarıqlar” təmayül siniflərdə təhsil alan şagirdlərə informatika fənni həftədə 5 dəfə tədris edilir. Bununla onlar XXI əsr bacarıqları hesab edilən məntiq, alqoritmik düşünmə və digər yumşaq bacarıqlarını (soft skills) inkişaf etdirmək imkanı qazanırlar. Şagirdlər nəzəri biliklərini artırmaqla yanaşı onları təcrübədə tətbiq edir, informasiya texnologiyaları üzrə layihələr həyata keçirir və daha geniş təcrübəyə sahib olurlar. Şagirdlər mobil və masaüstü tətbiqləri, saytları, oyunları, 3D modelləri və digər multimedia məhsullarını tərtib etməyi öyrənirlər. 

Layihə çərçivəsində “Rəqəmsal bacarıqlar” təmayül 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün qəbul imtahanı təşkil olunur. İmtahanda uğur qazana bilməyən şagirdlər üçün intensiv kurslar təşkil edilir və ikinci dəfə imtahan vermək imkanı yaradılır. 

Cari tədris ilində respublikanın 13 regionu üzrə 39 məktəbində “Rəqəmsal bacarıqlar” təmayül siniflərdə ümumilikdə X-XI siniflərdə 1266 şagird təhsil alır.

– Layihə çərçivəsində hansı proqramlaşdırma dilləri öyrədilir? Ümumiyyətlə, adıçəkilən layihə Azərbaycan şagirdlərinə, bütövlükdə təhsilimizə nə verir?

– Kursun proqramı informasiya ilə işləmək, layihə fəaliyyəti, eləcə də alqoritmik düşüncənin formalaşdırılması üzrə təlimləri əhatə edir. Bu layihə çərçivəsində məktəb şagirdləri iki proqramlaşdırma dilini öyrənir: ibtidai siniflərdə və V-VI siniflərdə “Scratch”, VII-XI  siniflərdə isə “Python”. Şagirdlər üçün hazırlanan tapşırıqlar praktiki yönümlüdür. Layihə çərçivəsində formalaşan bacarıqları şagirdlər digər fənlərin öyrənilməsi zamanı və gündəlik həyatda tətbiq edə bilərlər. "Rəqəmsal bacarıqlar" layihəsi uşaqlara müasir dünyada həyat üçün vacib olan bacarıqları öyrənmək imkanı yaradır. Layihə təhsilin keyfiyyətini artırmaq məqsədilə müasir texnologiyaların və tədris metodlarının inteqrasiyasını dəstəkləyir. Bu layihə şagirdlərdə əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır və onları rəqəmsal iqtisadiyyatın çağırışlarına hazırlayır.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.