Bütün xəbərlər
21 aprel, 21:19

Yalnız Milli Müdafiə Universiteti tərəfindən təqdim olunan beynəlxalq təhsil əməkdaşlığı çərçivəsində xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına unikal bir imkan təqdim olunur. 

“Azərbaycan müəllimi” xəbər verir ki, kursantlar qəbul balı və şəxsi istəkləri əsasında Türkiyə, Almaniya, İtaliya, Koreya və Rusiya kimi dünyanın aparıcı ölkələrinin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsillərini davam etdirmək imkanı əldə edirlər.

Heydər Əliyev adına Hərbi İnstituta qəbul I, II, III ixtisas qrupu, Hərbi tibb fakültəsinə isə IV ixtisas qrupu üzrə keçirilən imtahanlarda yüksək nəticə əldə etmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarına müsabiqədə iştirak etmək imkanı yaradılır.

Bu məqsədlə hərbi peşə seçiminə maraq göstərən və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynləri üçün 26 aprel saat 11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda və  Naxçıvan Hərbi Kollecində xaricdə təhsillə bağlı “Açıq qapı” günü keçiriləcək. 

Tədbir çərçivəsində iştirakçılara xaricdə təhsil imkanları və qəbul prosesi barədə ətraflı məlumat veriləcək. 

Tədbirdə iştirak etmək üçün qeyd olunan linkə (https://docs.google.com/forms/d/e/1FAIpQLSflmvt-AIqvbAJbJhKDzGc-aOWuVZpxWjZu88j0aiL829im7Q/viewform) daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Tədbirdə iştirak etmək arzusunda olub lakin, müxtəlif səbəblərdən iştirak edə bilməyən gənclərdən qeydiyyat formunda onlarla əlaqə saxlanılması üçün müvafiq seçimi etmələri tövsiyə olunur.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” — *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və admission@mmu.edu.az elektron poçt ünvanı fəaliyyət göstərir.

1 /1

Şərhlər

Xəbər lenti

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.