Bütün xəbərlər
15 fevral, 23:10

Fevralın 15-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə "Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu" keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, 600-dən çox müəllimin iştirak etdiyi forumda əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən AGMA-nın sədri Pərvinə Qədimova forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək mövzunun təhsil sistemi üçün əhəmiyyətindən, son dövrlərdə görülən işlərdən danışıblar. 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxış edərək "Rəqəmsal Məktəb" platforması haqqında məlumat verib. Digər çıxışçılardan Azərkosmosun Coğrafi informasiya sistemləri departamentinin Süni intellekt bölməsinin rəhbəri Həmid Əskərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Rəqəmsal məhsulların inkişafı departamentinin baş məhsul meneceri Tural Həsənov çıxış edərək gənc müəllimlərimizin “Süni intellektin təhsildə tətbiqi” mövzusunda maarifləndirilməsinin olduqca məqsədəuyğun və vacib olduğunu vurğulayıb.  

Daha sonra tədbirin bədii hissəsinə start verilib. Belə ki Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbələri "Qəlbimin səsi", "Çardaş" və "Odlar Yurdu" əsərləri ilə bədii hissəyə rəng qatıblar.

Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra forumun panel müzakirəsi başlayıb. ADA Universiteti, İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi İsmayıl Şahəliyev moderatoruluğu ilə AzTU, Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun direktoru Etibar Seyidzadə, ADA Universiteti, İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin dekanı Abzetdin Adamov və ADNSU nəzdində Azərbaycan Fransız Universitetinin İT mütəxəssisi Pərviz Nəsirov  “Süni intellekt və etika: Təhsildə dürüstlük və məxfilik məsələləri” adlı mövzusunda çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıblar.

Forumun irəliləyən dəqiqələrində 2-ci panel başlayıb. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin mütəxəssisi Sadiq Şahbazov moderatorluğu ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə, Qarabağ Universitetinin baş müəllimi, Redmenta təhsil eksperti və intruksiyonal dizayner Orxan Abdullayev və AILAB-ın vençur meneceri Şahin Abdurəhimov “Rəqəmsal resurslar və süni intellekt: Effektiv təhsil platformalarının inkişafı” adlı mövzuda çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıblar.

Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Birlik rəhbərləri tərəfindən fənn müəllimləri üçün müxtəlif otaqlarda praktik məşğələlər keçirilib. 

Sonda AGMA-nın fəal üzvləri təltifnamə ilə təltif ediliblər və bununla da konfrans işini yekunlaşdırıb.

1 /13

Şərhlər

Xəbər lenti

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.