Bütün xəbərlər
19 fevral, 11:51

Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Göygöl Peşə Məktəbi və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə "PeşədəSən" adlı forum baş tutub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir çərçivəsində Göygöl Peşə Məktəbinin və Göygöl Gənclər Evinin təqdimat videoçarxları nümayiş etdirilib. Panel müzakirəsində yerli icra hakimiyyəti, məşğulluq xidməti, peşə təhsili və gənclər mərkəzinin nümayəndələri çıxış ediblər.

Çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova yoxsulluğun azaldılması istiqamətində yeni iş yerlərinin yaradılması, bu sahədə dövlət siyasəti, məşğulluğun təmin edilməsi, inklüziv və iqtisadi artım, eləcə də kənd təsərrüfatının inkişafı və yeni xarici investorların cəlb edilməsi imkanları barədə ətraflı məruzə ilə çıxış edib. 

Daha sonra Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev Dövlət Məşğulluq Agentliyinin işsiz və işaxtaran şəxslərin məşğulluğu istiqamətində həyata keçirilən islahatlar və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova çıxış edərək müasir dövrün trend peşələri, peşə hazırlığında tətbiq olunan yeniliklər, mübadilə proqramları, eləcə də kadr hazırlığında istifadə olunan metodiki vəsaitlər haqqında məlumatları diqqətə çatdırıb.

Daha sonra natiqlər tələbə-gənclərin suallarını cavablandırıblar. Tədbirin rəsmi hissəsi bədii proqram və xatirə şəkli çəkilməsi ilə yekunlaşıb. Daha sonra iştirakçılar təlimlər üçün qruplara bölünərək sessiyalara qatılıblar.

1 /5

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.