Bütün xəbərlər
5 noyabr, 12:40

Təsəvvür edirsiniz, Biləsuvar rayonunda yaşayan Vidadi Məmmədovun həyətində yaşı 100-ü ötmüş bir neçə tut ağacı var və bu ağaclar onun fədakarlığı sayəsində bu gün də qorunub saxlanılıb.

“Azərbaycan müəllimi” oxucularını bu fədakar müəllimlə tanış edir... 

1964-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində dünyaya gələn V.Məmmədov orta təhsiini 1971-1981 illərdə qonşu  Zəhmətabad kəndində alıb. 

Müsahibimiz qeyd edir ki, geoloq olmaq arzusu onu Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə sənəd verməyə yönəldib:

“3 il sənəd verməyimə baxmayaraq, ali məktəbə qəbul ola bilmədim. Hərbi xidmətdən sonra bir il yol istismar idarəsində fəhlə işləmişəm. Bu müddətdə ali məktəbə müstəqil hazırlaşmışam. 1986-ci ildə yenə də ADU-ya qəbul ola bilmədiyimdən sənədlərimi Azərbaycan Dövlət Pedaqoji  İnstitununun Coğrafiya-biologiya fakültəsinin əyani şöbəsinə verdim və nəhayət, ali məktəbə daxil oldum. Yadıma gəlir ki, orta məktəbdə oxuyanda əlimə pul düşən kimi rayonun kitabxanalarına gedir, kitab, xəritə, atlas alardım. Ali məktəbdə oxuyanda da Bakının əksər kitabxanalarını tanıyırdım və kitab alardım. Həyatım kitablara daha çox bağlı idi, kitab oxumayanda özümü nə isə itirmiş hesab edirdim. 1991-ci ildə ali məktəbi bitirib Zəhmətabad kəndində coğrafiya-biologiya müəllimi kimi işə başladım. Müəllim işlədiyim dövrdə Azərbaycan tarixi  və coğrafiyasına, eləcə də poeziyaya üstünlük vermişəm. İşlədiyim dövrdə yüzə yaxın heyvan və quş müqəvvası düzəldərək, həm məktəbə həm də tanışlara hədiyyə etmişəm. Hələ uşaq və yeniyetmə dövrümdə müxtəlif  yaralı çöl quşlarını - ördək, cüllüt, sağsağan, qarğa, qırğı, şanapipik, çökükburun, göyərçin, vağ və başqalarını sağaldaraq, onları ana təbiətə qaytarmışam”.

Müsahibimizin sözlərinə görə, həyətindəki yaşı yüzdən yuxarı olan tut ağaclarının əkilmə tarixini nənəsindən eşidib:

“İndi yaşadığımız evdə kolxozun uşaq bağçası olub. Bunun səbəbi həm burada tut ağaclarının olması, həm də binanın pambıq sahəsinə yaxınlığı idi. Bağbanlar kəndində yaşı yüzdən çox olan ağaclara tez-tez rast gəlmək olardı. Lakin qazın, işığın tez-tez kəsildiyi dövrlərdə ağacların hamısı kəsilib yandırıldı. Yadıma gəlir ki, bir qovaq ağacının gövdəsini 3 nəfər əl-ələ verərək qucaqlaya bilirdik. Nənəm 1898-ci ildə anadan olub. O, buraya cavan olanda, sovet dövrünün ilkin vaxtlarında gəlib. Deyirdi ki, bu ağacları buraya köçəndən görüb. Mənim ağacları qoruyub saxlamağım heç də asan olmayıb. Qaz-işıq olmayanda qardaşlarım və qohumlarım məndən bir neçə dəfə xahiş ediblər ki, ağacları kəsim. Ancaq mən heç zaman bu ağacların kəsilməsinə razı olmamışam. Mən tut ağaclarını 6-8 il  daim budamışam ki, ömürləri uzansın. Yoxsa külək onları çoxdan aşırmışdı. Onsuz da ildırım ağacın birini vuraraq qurudub, o birinin isə yarısını qoparıb. Şagirdlərimə hər bir yarpağın havaya nə qədər oksigen buraxdığını və bunun nə qədər əhəmiyyətli olduğunu başa salaraq deyirəm ki, ağacları kəsib həyətimizi dəmir örtüklə örtürük, sonra da dincəlmək üçün meşəyə, ağac olan yerə gedirik. Axı, hər bir yarpaq özündə nə qədər rütubət və su saxlayır, ətrafı isti günəşdən qoruyur!"

Müsahibimiz qeyd edir ki, dünyanın bir çox ölkələrində ağac əkmək, onu qorumaq dövlətin və vətəndaşların ənənəsinə çevrilib. Buna görə Azərbaycan vətəndaşlarının da borcu ölkəmizi ekoloji çirklənmədən qorumaq üçün səylərini artırmaq və telekanallarda bu mövzuya dair verilişləri daha çox təqdim etməkdir.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.