Bütün xəbərlər
1 aprel, 20:15

Alimlərin yeni ixtirası iflic olmuş insanların hərəkət qabiliyyətini bərpa edə bilər.

"Azərbaycan müəllimi" "Nature" jurnalına istinadən xəbər verir ki, Çinin Xian Jiaotong Universiteti və Almaniyanın Münhen Texniki Universitetinin mühəndisləri biotibbi texnologiyada yeni uğurlar əldə ediblər. Onların əsas məqsədi sinir sistemi ilə eyni sürətlə işləyə bilən, eyni zamanda, canlı toxuma ilə tam qarşılıqlı əlaqədə olan süni sinirlər yaratmaqdır.

Beynəlxalq elmi qrupun nümayəndələrinin qeyd etdiyi kimi, süni sinirlərin əvvəlki prototipləri bioloji sinirlərlə eyni tezliklərdə işləmək vəzifəsinin öhdəsindən gələ bilmirdi. Çətinlik onda idi ki, bu süni sinirlər ən incə elektrofiziki prosesləri dəqiq şəkildə təkrarlaya bilmirdi.

Yeni yanaşma bu məhdudiyyəti aradan qaldırmağa imkan verib. Mühəndislər tədqiqat zamanı xüsusi texnika ilə hazırlanmış üzvi elektrokimyəvi tranzistorlardan istifadə ediblər. Proyektin strukturu xüsusi hazırlanmış səthə bir-birinin ardınca tətbiq olunan komponentlərin şaquli düzülüşünə əsaslanır.

Komponentlərin qradiyent paylanmasına əsaslanan yeni element strukturu üç təkmilləşdirməni təmin edib: sistem daxilində ionların hərəkəti sürətlənib, təbəqələr arasında keçiricilik və cihazın uzun müddət yük saxlamaq qabiliyyəti artıb.

Süni sinir bir impulsa 27 mikrosaniyə ərzində cavab verir ki, bu da onun təbii prototipinin tələb etdiyi vaxta bərabərdir. Mexanizm daxil olan məlumatları yadda saxlayır və 100 kilohers tezliyində işləyir. Bu, məlumatları, demək olar ki, dərhal emal etməyə imkan verir. Elektron komponentlər fasiləsiz işləməyə davam edir ki, bu da canlı orqanizmdə uzunmüddətli istifadə üçün xüsusilə vacibdir.

Tədqiqat qrupu qeyd edir ki, cihazın dizaynı iki növ tranzistorun (n-tipi və p-tipi) şaquli sistemdə birləşdirilməsi ilə əldə edilib. Bu dizayn müxtəlif intensivli siqnalları tutmağa və hətta yüksək təzyiq altında saxlamağa imkan verir. Qurğu təkcə siqnal ötürmür, həm də real neyron funksiyalarını simulyasiya edərək onun təhlilində iştirak edir.

Stabil işləməyin sirri yükün paylanmasındadır. Bu, müxtəlif rejimlər arasında tez-tez keçidlər zamanı və yüksək yükləmə sürətlərində mexanizmin dəqiq işləməsini təmin edir. Bu xüsusiyyət şəraitin daim dəyişdiyi canlı orqanizmlərdə implantlardan istifadə edərkən xüsusi əhəmiyyət qazanır.

Sınaqların birinci mərhələsi sinir əlaqələri zədələnmiş laboratoriya siçanları üzərində aparılıb. Mütəxəssislər implantların orqanizm tərəfindən fəsadsız qəbul edildiyini qeyd edirlər. Üstəlik, onlar təbii sinir sisteminin bir hissəsi kimi fəaliyyət göstərməyə başlayıb. Müşahidələr zamanı aydın olub ki, elektron elementlər şərti reflekslərin formalaşmasında fəal iştirak edir.

Mühəndislərin fikrincə, bu kəşf tibb elmi üçün əsl inqilab ola bilər. Süni sinirlər ağır periferik sinir zədələri olan xəstələrin hissiyyatını və hərəkət qabiliyyətini bərpa etməyə kömək edəcək. Gözlənilir ki, bu cür implantlar fəsadlar törətmədən və dəyişdirilməyə ehtiyac olmadan uzun illər orqanizmdə stabil fəaliyyət göstərə biləcək.

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.