Bütün xəbərlər
5 noyabr, 14:00

Kürdəmir rayonu Qarasu kənd E.Qurbanov adına tam orta məktəbində Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə şəhid müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunmuş “Riyaziyyatı tarixə dəyişən qəhrəman!” adlı intellektual bilik yarışı keçirilib.

İdarədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, yarışda 1 şəhər və 6 rayon ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdən ibarət 7 komanda iştirak edib.

Yarışda “Kürdəmir” komandası 1-ci,  “Ağdaş” komandası 2-ci, “Ucar” komandası 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2011-ci ildə Kürdəmir rayonu Qarasu kənd orta məktəbini, 2011-2015-ci illərdə isə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat-informatika müəllimliyi” ixtisasını bitirib. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 44 günlük Vətən müharibəsi başlayanda qələmi silaha dəyişən Qoşqar Ömərov Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın işğaldan azad olunmasında gedən döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalıb. O ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

1 /6

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.