Bütün xəbərlər
6 yanvar, 16:07

Dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsi həyata keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, layihənin əsas məqsədi “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası çərçivəsində Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsindən ibarətdir.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Məktəblərdə Naxçıvan ayı” layihəsi ilə bağlı tədbirlər planına əsasən ümumi təhsil müəssisələrində “Dəyirmi masa” və debatlar, maarifləndirici tədbirlər, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları keçirilib, məktəb kitabxanalarında Naxçıvanın qədim tarixi, etimologiyası haqqında yazılmış əsərlərlə tanışlıq üçün şagirdlərlə müzakirələr aparılıb.

Həmçinin Naxçıvanın zəngin tarixinə, mədəni irsinə və tarixi abidələrinə həsr olunmuş inşa müsabiqəsi və seminarlar təşkil olunub, sənədli filmlər nümayiş edilib.

Bundan başqa, ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Qədim türk diyarı-Naxçıvan” adlı intellektual oyun və müsabiqə keçirilib.

Qeyd edək ki, "Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində keçirilən tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müəllim və şagirdlər iştirak edib.

1 /13

Şərhlər

Xəbər lenti

21 oktyabr, 11:01

ADNSU-nun rektoru əcnəbi tələbələrlə görüşüb

21 oktyabr, 10:54

Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib

21 oktyabr, 10:01

Elm və təhsil naziri ABŞ-də təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

21 oktyabr, 09:41

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

21 oktyabr, 09:37

Azərbaycanlı gəncin startapı 10 milyon dollar investisiya alıb

21 oktyabr, 09:33

Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər

21 oktyabr, 09:31

Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib

20 oktyabr, 18:34

NDU-da Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

20 oktyabr, 17:20

Bakıda “Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

20 oktyabr, 17:15

ICESCO-nun sektor rəhbəri: Azərbaycandakı STEAM Mərkəzi heyrətamizdir 

20 oktyabr, 14:46

Heca qura bilmir, sözləri qarışdırır – Bu, məsuliyyətsizlik deyil, disleksiya ola bilər

20 oktyabr, 13:19

UNESCO-nun “Yaşıl məktəblərin tanınması” proqramında üç məktəb akkreditasiya olunub

20 oktyabr, 13:19

Nəriman Qəhrəmanlı: Müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırırıq

20 oktyabr, 12:28

Ş.Mustafayev: Ortaq türk əlifbası dilimizi daha da gücləndirəcək

20 oktyabr, 12:18

Təhsil Qarabağa qayıdır: Zəngilan

20 oktyabr, 12:15

Kimya və riyaziyyat olimpiadaları üçün seçmə imtahanı keçirilib

20 oktyabr, 11:53

ADNSU-nun rektoru beynəlxalq müsabiqəyə qatılacaq tələbələrlə görüşüb

20 oktyabr, 11:47

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi, Sammit 2025 tədbiri keçiriləcək

20 oktyabr, 11:33

“bp Azərbaycan”dan gənclər üçün fürsət

20 oktyabr, 11:30

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert müsabiqəsi elan olunur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.