Bütün xəbərlər
19 mart, 10:02

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı Ali Neft Məktəbində keçirilən “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri məlum olub.

Onlardan ikisi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləridir.

“Azərbaycan müəllimi” kompleksin müsabiqədə I yeri tutaraq, qızıl medal əldə edən X sinif şagirdləri Gülay Quluzadə və Leyla Əlizadə ilə həmsöhbət olub.

Şagirdlər qeyd ediblər ki, layihələri 2-ci tip şəkərli diabetə innovativ yanaşmadır:

"Bu tədqiqatda 2-ci tip diabet zamanı ən çox istifadə edilən iki dərmandan və bizim tövsiyə etdiyimiz təbii vasitədən - çəpişotundan istifadə etmişik. Araşdırmalarımız nəticəsində sübut etmişik ki, təbii preparat daha effektivdir. Bu qələbənin tək memarları biz deyilik. Bizə daim dəstək olan müəllimlərimiz və bizi yeniliklərə doğru yönləndirən lisey rəhbərimiz də bu uğurun bir parçasıdır. Əgər insan orqanizmi funksional şəkildə işləyirsə, bizim komandamız da eyni prinsiplə hərəkət edərək bu qələbəni qazandı".

Gülay Quluzadənin bildirdiyinə görə, bu, onun ilk qələbəsi deyil:

"Mən 2022-2023, 2023-2024 və 2024-2025-ci tədris illərində Respublika fənn olimpiadalarının rayon turunu uğurla keçmişəm. Mənim gələcək hədəfim ali təhsilimi Almaniyada davam etdirməkdir. Bunun üçün SAT imtahanına hazırlaşıram. Mənim peşə seçimim stomatologiyadır. Liseyimiz bizə çoxlu imkanlar yaradır. SAT imtahanına liseydə ayrılmış xüsusi təchizatlı otaqda və xüsusi müəllimlərlə hazırlaşıram. Bundan əlavə, liseyimiz bizə xaricə səfər etmək imkanı da yaradır. Yay aylarında şagirdlərimiz istirahət üçün Türkiyəyə gedir. Bu il isə Londona səfər nəzərdə tutulub. Bundan əlavə, mən 1-ci yeri qazandığım üçün Dövlət Proqramına düşmüşəm və bu proqram çərçivəsində xaricdə rahatlıqla təhsil ala biləcəyəm".

Layihənin müəlliflərindən olan Leyla Əlizadə də digər uğurları və gələcək planları barədə söhbət açıb:

"2022-2023 və 2023-2024-cü tədris illərində Respublika fənn olimpiadalarının rayon turunu uğurla keçmişəm. Həmçinin, 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin 9-cu sinif buraxılış imtahanında 256 bal toplayaraq zəhmətimin bəhrəsini görmüşəm. Liseyimiz yüksək akademik göstəricilərə malik şagirdlər üçün müxtəlif tədris səfərləri təşkil edir. Bu çərçivədə, 2024-cü ilin iyul ayında lisey kollektivi ilə Çameli gəzintisində iştirak etmiş, burada həm biliklərimi artırmış, həm də unudulmaz təəssüratlar qazanmışam. Gələcək hədəfim – Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında yüksək nəticə göstərərək Prezident təqaüdçüsü olmaq, Azərbaycan Tibb Universitetində (ATU) "Müalicə işi" ixtisası üzrə təhsil almaq və biliyimi daha da dərinləşdirmək üçün təhsilimi Almaniyada davam etdirməkdir. Bu hədəflərimə çatmaq üçün dayanmadan çalışır, elm və bilik səmasında yüksəlməyə davam edirəm".

1 /2

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.