Bütün xəbərlər
26 aprel, 15:51

Aprelin 26-da XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, təcrübəli jurnalist, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü tamam olur. Buna görə də, təhsil ocaqlarında ədiblə bağlı böyük tədbirlər keçirilir və yazıçının yaradıcılığı geniş olduğundan ədəbiyyatşünas alimlər tərəfindən tükənməz tədqiqat obyektinə çevrilir.

Vaxtilə “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib vəzifələrində işləyən Mir Cəlal Paşayev ədəbi fəaliyyətə 1928-ci ildə şeirlə başlayıb. Həmin il mətbuatda “Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir” adlı ilk şeirləri çap edilib. 1930-cu ildən hekayələr yazıb. O illərin “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələri dərc olunub. 1932-ci ildə işıq üzü görən “Sağlam yollarda” adlı ilk kitabı onu istedadlı yazıçı kimi oxuculara sevdirib. 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabı isə çapdan çıxıb.

Yaradıcılığını araşdırdıqca məlum olur ki, Mir Cəlal Paşayev öz xalqının, Azərbaycanının vurğunu olub. Milli düşüncələr, təəssübkeşlik hissi çoxşaxəli yaradıcılığının əsas qayəsiydir. Əsərlərində mənəvi dəyərlərin, xalq təfəkkürünün işığı var. Bu işıq oxucusunun da qəlbini nurlandırır. Yazıçı Mir

Cəlal Paşayevin təsvir etdiyi hadisələr, ədəbi qəhrəmanları reallığı, təbiiliyi ilə diqqəti cəlb edir. Oxucuya müsbət təsir göstərir, inandırır. Yazdığı əsərlərində M.C.Paşayev həm tarixi, həm də dövrün hadisələrini təsvir edib. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsvirini ustalıqla qələmə alıb. Yazıçının yaradıcılığında xüsusi yer tutan daha bir əsəri - “Bir gəncin manifesti” əsəridir ki, ilk dəfə 1937-1939-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında dərc olunub. Bu əsər müəllifə böyük oxucu auditoriyası qazandırıb.

Onun 1961-ci ildə oxuculara təqdim olunan “İnsanlıq fəlsəfəsi” kitabında toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Hesab dostları”, “Təsadüf, ya zərurət” və başqa hekayələrində yazıçının real həyat hadisələrinə baxışı, fəlsəfi düşüncələri öz əksini tapıb.

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri Azərbaycan ədəbiyyatının klassik bədii nümunələri olub. Yazıçının bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr edilib. Kitabları hər zaman oxucular tərəfindən maraqla qarşılanıb. Bu gün yalnız Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da görkəmli yazıçının həyat və yaradıcılığı geniş şəkildə öyrənilir, əsərləri müxtəlif dillərə tərcümə olur və maraqla oxunur.

....İnsan ömrü əbədi deyil. Onu əbədi edən yalnız əməlləri, yaratdıqlarıdır.1978-ci il sentyabrın 28-də dünyasını dəyişən Mir Cəlal Paşayev də qələmə aldığı ədəbi-bədii nümunələri, elmi əsərləri, bir də xatirələrdən silinməyən, minnətdarlıqla anılan xeyirxahlığı ölməzlik qazandırıb. Bu dünyanı tərk etdiyi, əbədiyyətə qovuşduğu gündən xeyli illər ötsə də, onu həqiqət, düzlük, səmimiyyət aşiqi kimi yada salırlar.

Bugünkü həyatımızda M.C.Paşayevin adı jurnalist, alim, yazıçı, pedaqoq və hər kəsin dadına yetən, kömək əlini uzadan bir insan, həm də gözəl ailə başçısı kimi nümunə göstərilir. Həmişə müxtəlif sahələrdə gərgin çalışsa da, o, ailəsindən, övladlarından qayğısını, sevgisini əsirgəməyib. Hər zaman - “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”, - deyib.

Zaman bir yerdə dayanmır. İllər ötür, keçir… Amma Mir Cəlal Paşayevin adı, imzası yaşayır və elmi irsi tədqiqat obyektinə çevrilir. Cəmiyyətdə bədii əsərləri sevilə-sevilə oxunur. Xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi minnətdarlıqla xatırlanır və yeni nəsillərə örnək göstərilir.

Bu gün “Yazıçı Mir Cəlal” və ya “Jurnalist Mir Cəlal” arasında çox səmimi və işgüzar, jurnalist dili ilə desək, publisistik dostluq var. Mir Cəlal Paşayev jurnalistikadan sonra nəsr sahəsinə keçib. Bizcə, onun gənc jurnalistlər üçün “Kommunist”də iki, “Gənc işçi”də dörd illik həvəsli işi müasir, canlı, operativ, ayıq mühakiməyə hazırlaşmaqda hər kəsə mühüm təsir göstərib. 

Bəli, Mir Cəlalın Paşayevin yaradıcılığı çox zəngin və genişdir desək, heç də yanılmarıq. Çünki araşdırmalar zamanı məlum olur ki, onun ədəbi fəaliyyətində jurnalistika da mühüm yer tutur. Bir fakt: “Müxbir” şeirində bir müxbirin həyatını təsvir edib. O, müxbirlərin həyat hadisələrini doğru-düzgün əks etdirməli olduqlarını diqqətə çatdırıb və həmin illərdə müasir jurnalistika məktəbi, gənc müxbirlər üçün bir örnək yaradıb.

Şakir CƏFƏROV,

Filologiya üzrə fəlsəfə doktoru, BDU-nun Elmlər doktoru proqramı üzrə doktorantı

Şərhlər

Xəbər lenti

24 may, 20:34

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb

24 may, 15:50

Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb

24 may, 15:06

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib

24 may, 13:01

7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…

24 may, 12:58

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib

24 may, 10:42

“Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib

24 may, 01:10

IX siniflərin buraxılış imtahanının nəticələri AÇIQLANDI

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.