Bütün xəbərlər
11 yanvar, 10:32

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və "Yonca" Estetik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Möcüzələr diyarına…" adlı tamaşa nümayiş olunub.

 "Azərbaycan müəllimi" xəbər verir ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutan tamaşadan əvvəl Azarbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Sonra Ümummilli Lider Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər əsasında hazırlanmış videoçarx nümayiş etdirildi.

Çıxış üçün söz alan "Yonca" Estetik İnkişaf Mərkəzinin təsisçisi Lalə Zahir tamaşanın mahiyyətindən bəhs etdi. Qeyd olundu ki, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə sahib çıxmasında bizə düşən pay onların övladlarının vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması və gələcəkdə peşəkar sənət adamları kimi  yetişməsində təşəbbüsümüzün olmasıdır. 

"Zəfər sədası" layihəsinin rəhbəri Həcər Əkbərova onlara dəstək göstərən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayevə öz təşəkkürünü bildirdi.

Millət vəkili Vüqar İskəndərov çıxış edərək Vətənimiz, torpağımız uğrunda canından keçmiş igidlərimizin qəhrəmanlığından söz açdı. Bildirildi ki, şəhidlərimizin əmanəti olan övladlarımızı qorumaq hər birimizin müqəddəs borcudur: "Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Adlarını tarixə şəhid kimi yazdıran bu cür Vətən oğullarımızın əziz xatirələrini yad etmək, onların ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin ən ümdə işidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaqlar.

Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət böyüməkdə olan gənc nəslə bir örnəkdir".

Millət vəkili qeyd etdi ki, bu gün Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin uşaqları unudulmur. Şəhid və qazi ailələri, onların övladları dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Şəhid yadigarları Vətənə əmanətdir.

Çıxışının sonunda Vüqar İskəndərov tədbirin təşkilatçılarına, tamaşanın hazırlanmasında əməyi olan  hər bir kəsə minnətdarlığını bildirdi.

Çıxışlardan sonra qonaqlara "Möcüzələr diyarına..." adlı tamaşa nümayiş olundu.

"Zəfər sədası" xor qrupundan ibarət şəhid övladları ilk dəfə olaraq səhnədə aktyor kimi çıxış edirdilər. 5-14 yaşlı uşaqlar müxtəlif nağıl qəhrəmanlarını canlandırırdılar. 

Qeyd edək ki, tamaşa iki uşağın - Cəsur və Ziynətin nənəsi ilə söhbəti ilə başlayıb, onların bir neçə zamana səyahət edərək maraqlı personajlarla tanış olmasından bəhs edirdi. Müxtəlif nağıl qəhrəmanlarının olduğu möcüzələr diyarına düşən adları çəkilən iki uşaq maraqlı oyunlarda iştirak edirlər.

Tamaşa qalib ordumuzun Zəfər tarixindən bəhs edən şeirlər, musiqilərlə başa çatdı.

Sonra "Zəfər sədası" xor qrupunun şanlı ordumuzun qəhrəmanlığından və milli mənəvi dəyərlərimizdən bəhs olunan çıxışı təqdim edildi.

Sonda tədbirin bütün iştirakçılarına və azyaşlı qonaqlara ATİAHİ Respublika Komitəsi  tərəfindən hədiyyələr təqdim edildi.

1 /9

Şərhlər

Xəbər lenti

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşmaq üzrədir

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllim ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

15 oktyabr, 13:40

Dünyanın ən savadlı həkimlərindən biri olmaq istəyirəm – Prezident təqaüdçülərinin hədəfləri

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:36

Nobel laureatı: “Məəttəl qalmışam…”

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 11:32

AzMİU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:40

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:03

BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.