Bütün xəbərlər
5 fevral, 15:30

NASA insanları Marsa daha sürətli çatdırmaq üçün nüvə termal raket texnologiyasını sınaqdan keçirib.

“Azərbaycan müəllimi” newsnationnow.com-a istinadən xəbər verir ki, NASA-nın Marşal Kosmik Uçuş Mərkəzində yeni reaktor yanacağı uğurla sınaqdan keçirilib. Bu texnologiya insanları Marsa aparma müddətini xeyli azalda bilər.

Nüvə termal raket (NTP) texnologiyası Marsa hazırkı altı aylıq uçuş müddətini cəmi 45 günə endirə bilər. Bu barədə NASA ilə birlikdə NTP sisteminin yanacağını hazırlayan General Atomics Electromagnetic Systems (GA-EMS) şirkəti məlumat verib.

GA-EMS-in prezidenti Skot Forni bildirib ki, bu sınaqlar NTP reaktorları üçün yanacaq dizaynının uğurla nümayiş etdirilməsi baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, bu texnologiyanın gələcəkdə kosmosun dərinliklərinə və Aya təhlükəsiz səfərlər üçün faydalı olacaq.

NASA-nın bu sınaqları həm də yanacağın kosmosun ekstremal şəraitinə dözümlülüyünü yoxlamaq məqsədi daşıyıb.

GA-EMS-in nüvə texnologiyaları üzrə vitse-prezidenti Kristina Bak isə bildirib ki, NASA-nın Marşal Mərkəzində ilk dəfə olaraq xüsusi bir test qurğusunda yanacağın yüksək temperaturda sabitliyini uğurla yoxlamaq mümkün olub.

Qeyd edək ki, indiyədək heç bir insan Marsa ayaq basmayıb. Lakin robotlar artıq 25 ildən çoxdur ki, Qırmızı planetin səthini araşdırır. Bunun əsas səbəbi Marsın Yerə uzaq olmasıdır – ortalama 140 milyon mil (225 milyon km) məsafədə yerləşir.

Bütün çətinliklərə baxmayaraq, NASA 2030-cu illərdə Marsa astronavt göndərməyi planlaşdırır və bu yeni texnologiya bu məqsədə çatmağı sürətləndirə bilər.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə cəlb olunanların sayını artırmaq üçün plan yenilənib – Nazir müavini

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

14 oktyabr, 10:50

Təhsilə ən böyük investisiyaları dövlət qoyur - İdris İsayev

14 oktyabr, 10:45

Azərbaycanda 53 özəl təhsil müəssisəsinin nizamnaməsinə müsbət rəy verilib

14 oktyabr, 10:44

Şagirdlərin elektron yerdəyişməsinə start verilir

14 oktyabr, 10:40

Nazir müavini: Təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir

14 oktyabr, 10:35

HTP çərçivəsində Azərbaycanda təhsil alacaq tələbələrin sayı açıqlanıb

14 oktyabr, 10:27

Vladanka Andreyeva: Təhsil dünyanı dəyişdirən ən güclü vasitədir

14 oktyabr, 10:12

Şəhriyarla Məmməd Arazı doğmalaşdıran ruh

14 oktyabr, 09:55

Naxçıvanda  “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” keçiriləcək

14 oktyabr, 09:43

Şuşa məktəbliləri SAF 2025-in finalında iştirak edəcəklər

14 oktyabr, 09:10

Müəllimlərimizin 80 faizi peşəkar inkişafı dəstəkləyir – HESABAT

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.