Bütün xəbərlər
24 aprel, 14:25

Aprelin 24-də “Autizm - tədqiqatdan təcrübəyə” adlı beynəlxalq autizm konfransının rəsmi açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi beynəlxalq mütəxəssislərin təqdimatında autizm haqqında müasir elmi araşdırmaları, həmçinin autizmə effektiv müdaxilə metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi və onlar üçün dayanıqlı məşğulluq imkanları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdırmaq, həmçinin autizm haqqında maarifləndirmə aparmaqdır.

Açılış nitqi ilə qonaqları salamlayan “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova konfransın əhəmiyyətini vurğulayaraq bu tədbirin artıq dördüncü dəfə keçirildiyini diqqətə çatdırıb və tədbirin təşkilində dəstək göstərən hər kəsə təşəkkür edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı qeyd edib ki, övladlarına autizm diaqnozu qoyulmuş ailələrin sosial qayğılarının azaldılması, valideynlərin lazımi səriştələr qazanması məqsədilə dövlət qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilir və bu tədbirlərin ölkə miqyasında yayılması üçün xüsusi səylər göstərilir. 

Açılış tədbirində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov autizmli uşaqların məktəbəqədər və məktəb yaşında ümumi təhsil sisteminə cəlb edilməsinin onların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdiyini diqqətə çatdırıb. Nazir müavini əlavə edib ki, təhsil sisteminin vəzifəsi autistik spektr pozuntusu olan uşaqlar daxil olmaqla atipik inkişaf edən uşaqların imkanlarını və məhdudiyyətlərini nəzərə alaraq onların təlim və tərbiyəsini təşkil etməkdir.

Autizmli uşaqların inklüziv təhsilə cəlb edilməsi, həmçinin təhsilverənlərin bu sahədə peşəkar inkişafı üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərdən bəhs edən nazir müavini bildirib ki, 2020-ci ildən başlayaraq nazirliyin Fəaliyyət Planına əsasən, inklüziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələrinin şəbəkəsi Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri ilə bərabər regionlarda da genişləndirilərək sayı 69-a çatdırılıb. İnklüziv təhsil sahəsində bilik və bacarıqların artırılması məqsədilə müəllimlər üçün tədris proqramları, valideynlər üçün isə öyrədici metodiki vəsaitlər hazırlanıb. Ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətini formalaşdırmaq üçün pedaqoji və inzibati heyət, o cümlədən şagird və valideynlərlə maarifləndirici görüşlər keçirilib. 

Firudin Qurbanov çıxışının sonunda dünya təcrübəsinə əsasən yalnız birgə sistemli fəaliyyət nəticəsində, vahid kompleks tədbirlər vasitəsilə autizm xəstələrinin əlilliyini əhəmiyyətli dərəcədə azaltmağın mümkünlüyünü vurğulayıb. 

Çıxış edən digər qonaqlar konfransın əhəmiyyətini vurğulayıb, konfransın mövzusu istiqamətində öz sahələrində görülən işləri diqqətə çatdırıblar. 

Rəsmi açılış hissəsindən sonra “Birgə və Sağlam” İctimai Birliyinin “Mavi ürəklər” inklüziv musiqi qrupu konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, 23-25 aprel tarixlərini əhatə edən konfransın ilk günü Bakı Slavyan Universitetində autizmlə bağlı müxtəlif mövzulara həsr olunan 10 praktik seminar təşkil edilib. Konfransda ABŞ, İsveç, Norveç, İrlandiya və Türkiyədən dəvət olunmuş tədqiqatçılar, həmçinin yerli mütəxəssislərin geniş təqdimatlarla çıxışları, ekspertlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub. 

Konfrans Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Medianın İnkişafı Agentliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi, NEQSOL Holding, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Media Mərkəzi və Azərbaycan Pediatriya Cəmiyyətinin tərəfdaşlığı, "Azərbaycan Hava Yolları" QSC, bp şirkəti, Birbank və “SARDA Group”un sponsorluğu, “Atashgah” İncəsənət Mərkəzi, IBAO, DePromo, Özsüt, “İnklüziv İnkişafa Dəstək Mərkəzi”, “Kashalata” kafe, PM Akademiya, “Birlik” İctimai Birliyi, “Umid var” İnklüziv Yaradıcılıq Birliyi və “SBS” şirkətinin dəstəyi ilə keçirilir. 

1 /17

Şərhlər

Xəbər lenti

24 may, 20:34

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb

24 may, 15:50

Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb

24 may, 15:06

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib

24 may, 13:01

7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…

24 may, 12:58

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib

24 may, 10:42

“Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib

24 may, 01:10

IX siniflərin buraxılış imtahanının nəticələri AÇIQLANDI

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.