Bütün xəbərlər
22 aprel, 17:32

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə yeni yaradılmış STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.  

“Azərbaycan müəllimi” xəbər verir ki, Abdulla Avloni adına Milli Pedaqoji Ustalıq İnstitutunda Azərbaycan təcrübəsi əsasında yaradılmış STEAM Mərkəzinin açılışında çıxış edən nazir müavini Özbəkistan ilə bu istiqamətdə birgə layihələrin reallaşdırılması və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. 
 
Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova da çıxış edərək STEAM sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin və ortaq təşəbbüslərin gerçəkləşdirilməsinin hər iki ölkənin təhsil sistemləri üçün faydalı olacağını qeyd edib. 

Qeyd edilib ki, ümumilikdə 9 laboratoriya, görüş otaqları və inzibati ofislərdən ibarət olan Mərkəzdəki mövcud şərait təhsildə müasir imkanların və innovasiyaların tətbiqi baxımından mühüm rol oynayacaq. Bu vasitələrlə məktəbəqədər və ibtidai sinif şagirdlərinin yaradıcı düşünmə bacarıqları layihə əsaslı öyrənmə qurğuları vasitəsilə inkişaf etdiriləcək. 

Səfər çərçivəsində nazir müavini Daşkənddə yerləşən Abdulla Avloni adına Milli Pedaqoji Peşəkarlıq İnstitutuna da baş çəkib, buradakı ekspozisiyalar və memorial muzeylə tanış olub, həmçinin institutun kitabxanasını və tədris laboratoriyalarını ziyarət edib.

1 /5

Şərhlər

Xəbər lenti

13 may, 20:55

NDU-da dünyamiqyaslı yazıçı Şandor Lejakın kitablarının təqdimatı olub

13 may, 20:43

Şandor Lejak: Təhsilin yaxşı olması imkan verir ki, Azərbaycan daha da inkişaf etsin

13 may, 19:55

Lənkəranda 108 şagird PISA-da iştirak edib 

13 may, 17:10

“Danışır təcrübə” layihəsinin qonağı Həsən Həsənov olub

13 may, 16:57

Startap yolunda ilk addım: Gənclər hakatonda bacarığını nümayiş etdirir

13 may, 16:36

ADPU-da “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

13 may, 16:03

Biləsuvar məktəbliləri ABŞ-də ölkəmizin elmi potensialını nümayiş etdirirlər

13 may, 15:42

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

13 may, 15:35

Naxçıvan məktəbliləri ilk dəfə PISA tədqiqatında iştirak edirlər

13 may, 15:20

Sosial medianı qadağan etmək olarmı? 

13 may, 15:19

AzMİU-da “Gələcəyin qurucuları” layihəsinə start verilib

13 may, 15:15

Sultan Raev: Türk dünyasının ümumi birliyi Naxçıvandan başlayır

13 may, 15:13

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” bəlli oldu

13 may, 15:08

Həmkarlar ittifaqına necə üzv olmaq olar?

13 may, 15:00
13 may, 14:37

“Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri  mükafatlandırılıb

13 may, 14:00

Uşaq və yeniyetmələr evdən niyə qaçırlar? – ARAŞDIRMA

13 may, 13:30

BANM və Vilnüs Texniki Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib

13 may, 13:11

Sabahın hava proqnozu açıqlanıb

13 may, 12:47

"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.