Bütün xəbərlər
15 aprel, 15:37

Ötən il həyata keçirilən "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində 1300-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Proqramın effektivliyi və ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq yay aylarında bu qrant proqramının yenidən təşkil edilməsi planlaşdırılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, qeyd edilən qrant proqramında yalnız müvafiq lisenziyaya malik olan, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (MTİS) qoşulmuş və uşaq qəbulunu https://www.bq.edu.az/ (Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemi) platforması üzərindən aparan özəl məktəbəqədər təhsil müəssisələri iştirak edə biləcəklər. Bu çərçivədə MTİS-ə hələ qoşulmamış və ya sistemə məlumatlarını tam şəkildə daxil etməmiş özəl məktəbəqədər təhsil müəssisələrinin bunu etmələri zəruridir. MTİS sisteminə qoşulma və sistemə məlumatların tam və düzgün şəkildə daxil edilməsi özəl məktəbəqədər təhsil müəssisələri üçün hüquqi öhdəlikdir.

MTİS sisteminə qoşulma və ya qrant proqramında iştirakla bağlı suallar olduğu təqdirdə özəl məktəbəqədər təhsil müəssisələri əlaqə nömrələrini göstərməklə preschool.grants@edu.gov.az email ünvanına müraciət edə bilərlər.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri tətbiq edilməklə məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə həyata keçirilən mühüm fəaliyyətlərdən biri də özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından istifadə edilməsidir. 

Şərhlər

Xəbər lenti

24 oktyabr, 10:00

Müəllim adı – Qəzetin arxivindən

24 oktyabr, 09:02

Ən ucuzu 1, ən bahalısı 600 manatdır - Naxçıvandakı sərgidən REPORTAJ

23 oktyabr, 21:26

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə 

23 oktyabr, 20:24

1413 bağça müdiri diaqnostik qiymətləndirilmədən keçiriləcək

23 oktyabr, 18:18

6600-dən çox müəllimin maaşı 35 faiz artacaq

23 oktyabr, 18:16

Maaşı artırılan müəllimlərin sayı açıqlandı

23 oktyabr, 17:41

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması və müsahibə mərhələsi bitib

23 oktyabr, 16:55

Direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu başlayıb

23 oktyabr, 15:32

Uşaqlar niyə dərsə həvəslərini itirirlər? -Motivasiyanı gücləndirən amillər

23 oktyabr, 12:35

Tələbə təqaüdləri – Kim daha çox təqaüd alır?

23 oktyabr, 12:03

Daha bir məktəb direktoru vəzifəsindən azad edildi

23 oktyabr, 11:39

Süni intellekt SAF-ın əsas istiqamətlərindən biri olacaq - İqrar Nəzərov

23 oktyabr, 11:35

Ali təhsil pilləsində STEAM tədrisi genişlənir

23 oktyabr, 11:16

Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək

23 oktyabr, 11:08

Daşkəsən rayonunda ümumi təhsil müəssisələrinə baxış keçirilib

23 oktyabr, 11:00

ADPU-da müasir müəllim bacarıqları mövzusunda görüş keçirilib

23 oktyabr, 10:50

BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar baş tutacaq

23 oktyabr, 10:43

Layihə rəhbəri: STEAM dərsləri müxtəlif proqramlar üzrədir

23 oktyabr, 10:37

Musiqi və incəsənət sahələri üzrə işləmək istəyənlərin NƏZƏRİNƏ

23 oktyabr, 10:25

“Milli Proqram”a qeydiyyat davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.