Bütün xəbərlər
11 aprel, 17:55

Buraxılış imtahanlarında yüksək nəticə göstərən gənclərimiz bir daha sübut etdilər ki, məqsədyönlü əmək, düzgün istiqamət və inamla hər bir uğura nail olmaq mümkündür. Bu dəfə “Azərbaycan müəllimi”nin sizə tanıtmaq istədiyi iki şagird – Həlimə İbadzadə və Fizuli Həsənov da öz əzmləri və çalışma tərzləri ilə başqalarına nümunə göstərilə bilər. 

Hər iki gənc yüksək nəticə əldə edərək həm özlərinin, həm də məktəb və ailələrinin qüruruna çevriliblər.

“Şəhid əmimin ruhunu şad etmək üçün daha çox çalışdım”

Lənkəran rayonunun Boladi kəndində yerləşən N. Axundov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həlimə İbadzadə bu il keçirilən buraxılış imtahanında yüksək nəticə göstərərək hər kəsin diqqətini çəkib. 17 yaşlı Həlimə imtahan nəticəsini öyrəndikdə sevinc göz yaşlarını saxlaya bilməyib: “İnana bilmədim, böyük qürur hissi keçirdim”. 
Həlimə bu uğuru təkcə son bir ilin deyil, illərlə davam edən çalışqanlığının nəticəsi kimi qiymətləndirir. O bildirir ki, 1-ci sinifdən dərslərinə məsuliyyətlə yanaşıb. 9-cu sinifdən başlayaraq imtahanlara xüsusi hazırlıq mərhələsinə keçib. Valideyn dəstəyi, fənlərə bərabər yanaşma və gələcəyə inam onun üçün əsas dayaq nöqtələri olub. Xüsusilə şəhid əmisi ilə bağlı arzuları onu daha da irəliyə aparıb: “Onun ruhunu şad etmək üçün daha çox çalışdım”.

Həlimənin əmisi – Azərbaycan Ordusunun mayoru Aqşin İbadov Vətən müharibəsində Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin İbadov 19 oktyabrda Zəngilan döyüşləri zamanı şəhid olub və doğulduğu Lənkəran rayonunda dəfn edilib. Ölümündən sonra şəxsi igidliyi və göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Çətinliklər və daxili motivasiya

Təbii ki, onun getdiyi bu yol hamar olmayıb. İmtahana hazırlıq müddətində çətinliklərlə qarşılaşan Həlimə tez toparlandığını və ən böyük motivasiyasının gələcəklə bağlı xəyalları olduğunu deyir: “Ruhdan düşdüyüm anlar olub, lakin uzun çəkməyib. Xəyallarımda bu yolları keçdiyimi canlandırmağa çalışırdım”.

Gələcəkdə informasiya təhlükəsizliyi sahəsində təhsil almağı qarşısına məqsəd qoyan Həlimə bu ixtisası həm maraq dairəsi, həm də özünü görmək istədiyi peşə sahəsi kimi dəyərləndirir. Onun həmyaşlarına da bir mesajı var: “Özünüzə inanın, zəhmətinizin mütləq nəticəsi olacaq! Yolunuzdan dönməyin və ruhdan düşməyin və daim çalışın!”

Uğurun sirri barədə isə belə düşünür: “Uğurun sirri inanmaq və zəhmətdir. Bir şeyi əldə etmək üçün əvvəlcə ona inanmalı, sonra da əziyyət çəkməlisiniz”.

Planlı çalışan Fizuli Həsənov

Xarici dillər təmayüllü gimnaziyanın XI sinif şagirdi Fizuli Həsənov da buraxılış imtahanında yüksək nəticə göstərənlər sırasındadır. O, uğur anını daha sadə, lakin dərin hisslərlə xatırlayır: “Çox xoşbəxt idim”.

Bu sevinc onun düzgün istiqamətdə addımladığının ən parlaq nümunəsidir.

Fizuli uğurunu planlı və məqsədyönlü çalışmaqla əlaqələndirir: “Təkcə çox çalışmağa deyil, planlı və düzgün çalışmağa üstünlük verirdim”.
Görünür ki, onun üçün əsas məsələ nə qədər deyil, necə hazırlaşmaqdır.

Fənlərə yanaşma və hazırlıq mühiti

O, imtahanın hər üç fənninə xüsusi diqqət ayıraraq əzmlə hazırlaşdığını, valideynləri və müəllimlərinin daim dəstək olduğunu bildirir. Ruhdan düşdüyü anlar olsa da, özünü toparlamağın yollarını tapıb: “O anlarda hədəflərimi xatırlayıb çalışmağa davam edirdim”.

Fizuli gələcəkdə tibb təhsili almaq, uşaqlıq arzusu olan həkimlik peşəsinə yiyələnmək istəyir. Gənc yaşıdlarına isə vaxtın düzgün bölünməsini və məqsədli şəkildə çalışmağı tövsiyə edir: “Çox çalışmaq və məqsədli olmaq – uğurun əsas açarları bunlardır”.

Bu iki gəncin həyat yolu bir daha göstərir ki, uğur təsadüf deyil. O, illərlə çəkilən zəhmətin, aydın məqsədlərin, düzgün istiqamətin və sarsılmaz inamın nəticəsidir. Belə məktəblilərin timsalında Azərbaycan gəncliyinin parlaq gələcəyinə olan inam artmaqdadır.

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.