Bütün xəbərlər
24 aprel, 11:16

17-21 aprel 2025-ci il tarixlərində peşə təhsilinin inkişafı istiqamətində peşə təhsili müəssisələrində kurikulumun tətbiqi, metodiki işlərin təşkili və qiymətləndirmə sahəsində bilik və bacarıqların artırılması məqsədilə təlimlər keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, təlimlərdə Bakı və regionlardan olan ümumilikdə 12 peşə təhsili müəssisəsinin rəhbər və təhsilverənləri iştirak ediblər.

Təlim proqramı çərçivəsində iştirakçılara səriştə əsaslı təhsil anlayışı, kurikulumun əsas komponentləri və məqsədləri, təlim nəticələri, kreditlər, qiymətləndirmə meyarları və modul yanaşması haqqında geniş izahlar verilib, baza və ixtisas modulları, istehsalat təlimi və təcrübəsinin tətbiqi nümunələrlə göstərilib.

Metodiki işlərin təşkili mövzusunda müəllimlərin liderlik, effektiv kommunikasiya və təşkilatçılıq bacarıqlarınının inkişaf etdirilməsinə xüsusi önəm verilib, illik və gündəlik planlaşdırma, mövzu ardıcıllığı və dərs planlarının hazırlanması ilə bağlı praktiki tövsiyələr təqdim edilib. Eyni zamanda, formativ qiymətləndirmə metodları – əks-əlaqə, qarşılıqlı qiymətləndirmə və  digər metodlarla bağlı praktik yanaşmalar izah olunub.

Bu təlim peşə təhsilində keyfiyyətin artırılması, beynəlxalq standartlara uyğun kurikulumların tətbiqi və təhsilin dayanıqlığının təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilir.

1 /2

Şərhlər

Xəbər lenti

14 oktyabr, 09:10

Müəllimlərimizin 80 faizi peşəkar inkişafı dəstəkləyir – HESABAT

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.