Bütün xəbərlər
21 oktyabr, 16:03

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Ağcəbədi Olimpiya İdman Kompleksində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Milli Aviasiya Akademiyası tələbələri üçün "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını Müstəqilliyin Bərpası Günü  münasibətilə təbrik edib, düşərgə iştirakçılarına uğurlar arzulayıb.

Bundan sonra Gənclər və İdman Nazirliyinin vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, Qarabağ regional gənclər və idman sektorunun müdiri Rüfət Quliyev, Ağcabədi Olimpiya İdman Kompleksinin müdiri, beynəlxalq dərəcəli futbol hakimi Əfqan Həmzəyev çıxış ediblər.

Xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan baş leytenantı, Aprel döyüşləri qazisi, düşərgənin komandanı Əliyyət Mehdiyev isə çıxış etdikdən sonra komanda kapitanlarına bayraq və beretkaları təqdim edib.

Tədbir gənc xanəndə Yusif Cəfərbəyli, kaman və tar ustadları Cavanşir və Əli Rüstəmbəylilərin iştirakı ilə bədii proqramla davam edib.

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd gənclərdə hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, sağlam həyat tərzinin, həmçinin şanlı Zəfər tarixinin təbliğ edilməsidir.

1 /6

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.