Bütün xəbərlər
17 yanvar, 10:28

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında elmi-tədqiqat və təhsil sahəsi üzrə əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, tərəflər qarşılıqlı əməkdaşlıq sahəsində 2025-ci ildə atılacaq ilk addımları, institutun nəzdində yaradılmış Traseoloji və eksperimental arxeoloji laboratoriyanın müştərək istifadəsinin hüquqi bazasının yaradılması, beynəlxalq arxeoloji ekspedisiyalarda tələbələrin iştirakı, tələbələrin arxeologiya və antropologiya ixtisası üzrə xarici tərəfdaşların təklif etdiyi təhsil layihələrində təmsil olunması və digər məsələləri müzakirə ediblər.

İnstitutun direktoru Fərhad Quliyev Ağdam, Füzuli, Cəbrayıl, Xocalı və Şuşada xalqımızın maddi irsinin arxeoloji qazıntılarla tədqiqindən danışıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə gedən tikinti və bərpa işləri çərçivəsində institutun qarşısında duran əsas vəzifə Qarabağın maddi irsinin öyrənilməsi, dövlətçilik atributlarını daşıyan tarixi abidələrin tədqiqidir. Qeyd edib ki, aparılan tədqiqatların mərkəzində özündə həm təhsili və həm də elmi tədqiqatı birləşdirən Qarabağ Universiteti olacaq.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali məktəbdə qısa zamanda əldə edilmiş uğurlardan söz açıb. Şahin Bayramov universitetin respublika daxilindəki elm və təhsil ocaqları, həmçinin beynəlxalq müstəvidə dünyanın və o cümlədən Türk dünyasının ali təhsil məktəbləri ilə əməkdaşlıq əlaqələri quracağını diqqətə çatdırıb.

1 /4

Şərhlər

Xəbər lenti

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

15 oktyabr, 13:40

Dünyanın ən savadlı həkimlərindən biri olmaq istəyirəm – Prezident təqaüdçülərinin hədəfləri

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:36

Nobel laureatı: “Məəttəl qalmışam…”

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 11:32

AzMİU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:10

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 10:03

BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.