Bütün xəbərlər
30 aprel, 14:34

Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

May ayında ölkə ərazisində havanın temperaturu tədricən artır. Son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçir. May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır.

Bu ilin may ayında aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. 

May ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 18-21 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-62 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı gözlənilir (norma 68-122 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 16-21 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı gözlənilir (norma 52-103 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər  yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı gözlənilir (norma 43-67 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,  Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər  yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti,  gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 29-34 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-166 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 34-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-62 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər  yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.