Bütün xəbərlər
14 mart, 10:33

Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsinə start verilir. 

Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, işə qəbul imtahanı 15 mart 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək.

İmtahanların yeri və vaxtı ilə bağlı ətraflı məlumat namizədlərə SMS vasitəsilə təqdim ediləcək. Bu səbəbdən namizədlərdən portalda qeyd etdikləri telefon nömrələrinin aktivliyini yoxlamaları və hər hansı dəyişiklik olduğu halda Peşə Təhsili üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzinə (146-7) məlumat vermələri xahiş olunur.

İmtahan proqramı ilə tanış olmaq istəyən namizədlər vet.edu.gov.az rəsmi internet səhifəsinin “Karyera” bölməsinə daxil ola bilərlər.

İmtahanda keçid balını toplayan namizədlər vəzifəyə uyğun olaraq müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibə mərhələsinin 7 aprel - 15 may 2025-ci il tarixləri aralığında keçirilməsi nəzərdə tutulur.

Əlavə məlumat üçün: portal.edu.az

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.