Bütün xəbərlər
17 oktyabr, 17:50

SABAH tələbəsi İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elmi məqaləsi üzrə təqdimat keçirib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, SABAH qrupları Azərbaycan Texniki Universitetinin bakalavriat səviyyəsinin tələbəsi Səfərəli Səfərli konqresin panel sessiyasında “Süni intellekt naviqasiya və müşahidə sistemi (Artificial Intelligence Navigation and Observation System - A.I.N.O.S)” layihəsini təqdim edib. Fiziki formula əsasən işləyən süni intellekt barədə auditoriya iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, süni intellekt yer səthindən səmadakı göy cisimlərinin, ulduzların və peyklərin koordinatlarını müəyyən etməyə, izləməyə və onlar haqqında ekranda məlumat vermə qabiliyyətinə malikdir. Səfərəli Səfərlinin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Qeyd edək ki, Milan Konqresində ölkəmizi Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İdman Akademiyası və Sumqayıt Dövlət Universitetinin tələbə, gənc mütəxəssis və alimləri təmsil edirlər. Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunub. Ölkəmizdən təqdim olunan elmi məqalələrin 90 faizi gənclər tərəfindən hazırlanıb.

1 /1

Şərhlər

Xəbər lenti

11 fevral, 21:29

Nazir müavini: Ötən il 2500 gənc özünüməşğulluq proqramından faydalanıb

11 fevral, 20:46

Bakıda İnsan İnkişafı Forumu təşkil edilib

11 fevral, 19:48

Biz necə bir məktəb qurmalıyıq?

11 fevral, 19:25

2030-cu ilə qədər əmək bazarı və gələcəyin iş bacarıqları 

11 fevral, 18:55

Davamlılıq və OECD-nin təhsildə formalaşan trendləri

11 fevral, 18:20

İnsanlar qadın alimlərə daha çox inanırlar

11 fevral, 17:45

Ev tapşırıqları ləğv oluna bilərmi?

11 fevral, 17:25

Süni intellekt riyaziyyat olimpiadasının çətin suallarını da həll edə biləcək

11 fevral, 16:38

“BilBacar” müsabiqəsinin fevral ayı üzrə hazırlıq mərhələsinə start verilib

11 fevral, 16:28

Yüksək impakt-faktorlu jurnallarda nəşrlə bağlı vörkşop keçiriləcək

11 fevral, 16:19

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib

11 fevral, 16:15

Mnemonika uşaqlara nə verir?

11 fevral, 16:14

Xocalıda uşaqların üz-gözündən sevinc yağırdı…

11 fevral, 16:01

Dilqəm Tağıyev: "Problem odur ki, özəl sektor elmi işlə maraqlanmır"

11 fevral, 15:51

“Məktəblərdə istedadlı uşaqlar çoxdur, amma universitetdə onların sayı azalır”

11 fevral, 15:46

"Bəzən uşağa elə tapşırıq verilir ki, ali təhsilli valideyn belə həll edə bilmir" – Akademik

11 fevral, 15:24

Müəllimi yaxşı edən nədir? – Harvard professorunun fikirləri

11 fevral, 15:19

Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək

11 fevral, 15:10

Quba-Xaçmaz bölgəsində dörd məktəb üçün yeni bina tikilir 

11 fevral, 14:56

32 ildir ki, dərsə qayıqla gedib-gəlir – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.