Bütün xəbərlər
15 yanvar, 13:39

Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı mobil telefondan istifadə edərək sosial şəbəkədə canlı yayım açması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə “Azərbaycan müəllimi”nə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, məktəbin direktoruna təhsil müəssisəsində sağlam tədris mühitinin təmin olunması üçün pedaqoji heyətlə və şagirdlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Təhsil müəssisəsində sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, şagirdin valideyni ilə təhsil müəssisəsində görüş keçirilib, maarifləndirici söhbət zamanı belə halların yolverilməz olduğu diqqətə çatdırılıb.

Şagirdin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət əsas prioritetlərdəndir. Bu məqsədlə digər aidiyyəti dövlət qurumları ilə birgə monitorinqlər, profilaktik tədbirlər, görüşlər həyata keçirilir. Bu zaman məktəblilərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əməl edilməsi vəziyyəti müşahidə olunur, bu istiqamətdə zəruri maarifləndirmə işi aparılır.

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.