Bütün xəbərlər
30 aprel, 11:16

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 1 may saat 11:00-dan etibarən www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra 5 (beş) iş günü müddətində valideyn (digər qanuni nümayəndə) aşağıdakı sənədləri yaşayış yeri üzrə Rayon Təhsil Sektoruna təqdim edir:

1. valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi üçün razılıq ərizəsi;

2. valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti; 

3. uşağın şəxsiyyət vəsiqəsinin surəti; 

4. uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U); 

5. yaşayış yerindən arayış. 

Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində uşağın müayinə olunacağı günü təyin edir.

Psixoloji-tibbi-pedaqoji komissiya bir ay müddətində xüsusi təhsilə ehtiyacı olan uşağın müayinəsini keçirir və uşağın məhdudiyyətlərinə və imkanlarına əsaslanaraq təhsilinin təşkilinə dair qərar qəbul ediir. Qərar, müayinə sənədlərinin surəti və komissiyanın uşağın inkişafının qiymətləndirməsinin nəticələri onun təhsil alacağı təhsil müəssisəsinə göndərilir.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.