Bütün xəbərlər
19 dekabr, 12:52

Ötən ayın 7-də Rusiyanın Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyası tərəfindən təşkil olunan “Rəngli kaleydoskop” beynəlxalq sulu boya sərgi müsabiqəsində Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri iştirak edərək yüksək nailiyyətlər əldə ediblər.

Sərgidə Azərbaycanla yanaşı, Rusiya, Bolqarıstan, Almaniya, Yunanıstan, Hindistan, Çin, Yaponiya, İtaliya və digər ölkələrin tanınmış rəssamları iştirak ediblər.

Qeyd edək ki, müsabiqənin beynəlxalq münsiflər heyətində akademiyanın professorları, Hindistan və İspaniya nümayəndələri təmsil olunub.
Müsabiqədə “Natürmort. Güllər” nominasiyasında Azərbaycan Rəssamlıq Akademiyasının “Qrafika” kafedrasının müdiri, əməkdar rəssam, professor Rəsul Hüseynov və “Bədii toxuculuq və xalça sənəti” kafedrasının dosenti Sonaxanım Nağıyeva, “Portret” nominasiyası üzrə “Qrafika” kafedrasının müəllimi Fərəh Babayeva I yerə layiq görülüblər.

“Azərbaycan müəllimi” müsabiqənin qalibləri olan müəllimləri oxucularına təqdim edir.

“Rəsm işinə başlamadan əvvəl gözümdə onun xəyalı təsvir olunur”
Professor Rəsul Hüseynov 42 ildir ki, Azərbaycan Rəssamlıq Akademiyasında fəaliyyət göstərir. Əməkdar rəssam bir çox yerli və beynəlxalq sərgi müsabiqələrində iştirak edərək yüksək nəticələr əldə edib: “ Dörd nominasiya - “Portret”, “Natürmort. Güllər”, “Mənzərə” və “Kompozisiya” üzrə olan sərgiyə Finlandiya, İtaliya, Fransa, Almaniya, Yaponiya, Latviya, Estoniya və digər ölkələrdən nümayəndələr qatılıblar. Yalnız akvarel sərgidən ibarət olan “Rəngli kaleydoskop”un məqsədi akvarel texnikasına marağı artırmaq, rəssamlıq ənənələrini qorumaqdır. Yağlı boyadan fərqli olaraq akvarellə işləmək daha çətindir. Yağlı boya quruduqdan sonra onun üzərinə başqa rəngin vurulması mümkündür, amma bu, akvareldə alınmır. Ümumiyyətlə, rəsm işinə başlamadan əvvəl gözümdə onun bütöv forması canlanır, xəyalı təsvir olunur.  Daha sonra rəsm əsərinə başlayıram”.

Rəsul Hüseynov əlavə edib ki, Azərbaycanda çox peşəkar rəssamlar var, xüsusilə gənclər arasında belə rəssamların sayı artmaqdadır. O, belə rəssamların arasında tələbələrinin də olduğunu dilə gətirib: “Rəssamlıq elə bir sənətdir ki, gərək ona vurğun olasan”. 

“Xəyalımda olan qadını əks etdirmək istədim”
2016-cı ildən akademiyada fəaliyyətə başlayan Fərəh Babayeva hazırda “Qrafika” kafedrasında dərs deyir. O, 30-a yaxın yerli və beynəlxalq sərgidə iştirak edib: “2015-ci ildə Azərbaycanda keçirilən "Xəyalımdakı Qarabağ" rəsm müsabiqəsində I yer tutmuşam. İştirak etdiyim beynəlxalq sərgilərdən biri 2013-cü ildə Almaniyanın Berlin şəhərində Xocalı faciəsinə həsr olunmuş sərgidir ki, orada da diplomla təltif olunmuşam. 2018-ci ildə Azərbaycan-İran dostluq sərgisində fəal iştirakıma görə fəxri fərman, 2021-ci ildə Özbəkistanda "Qarabağ musiqiçilər məclisi" rəsm əsərimə görə fəxri diplom almışam. 2024-cü ildə Londonda "Golden time talent"in təşkilatçılığı ilə keçirilmiş sərgidə "Bizim gələcəyimiz" əsərim ilə III yer tutmuşam. Həmin il Sankt-Peterburqda keçirilən "Вокруг света" adlı rəsm müsabiqəsində "Bizim uşaqlar" əsərim ilə, eləcə də Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsində I yerə layiq görülmüşəm”.

Onlayn formada keçirilən sərgidə iştirak etməkdən məmnunluq duyan Fərəh Babayeva “Naməlum qadın” əsərinin I yerə layiq görülməsinin onun üçün qürurverici olduğunu söyləyir: “Öz xəyalımda olan bir qadını əks etdirmək istədim və rəsmimi ona görə “Naməlum qadın” adlandırdım”.

“Akademiyanın sərgisində iştirak etmək tələbə vaxtlarımı xatırlatdı”
“Rəngli kaleydoskop”da iştirakla bağlı təklif alanda çox sevinən Sonaxanım Nağıyeva isə bizimlə söhbətində həmin vaxt gəncliyinin yadına düşdüyünü, əsərlərinin asılacağına görə məmnunluq duyduğunu gizlətmədi. S.Nağıyeva deyir ki, sərgi onlayn formada keçirilsə də, ruhən özünü orada hiss edib.  “Akademiyanın sərgisində iştirak etmək tələbə vaxtlarımı xatırlatdı. 1985-ci ildə Sankt-Peterburq Rəssamlıq Akademiyasının məzunu olmuşam.  Orada ərəb ölkələrindən, Yaponiyadan, İspaniyadan, İtaliyadan və digər  ölkələrdən tələbələr var idi. Akademiyanın məzunu olduğum üçün məni də dəvət etdilər. Təbii ki, böyük məmnuniyyətlə iştirak etdim. Rəssamlıq Akademiyasındakı dərsimlə üst-üstə düşdüyünə görə sərgidən sonra təşkil olunan dəyirmi masada iştirak edə bilmədim. Daha sonra “Vokruk sveta” adlı beynəlxalq sərgiyə dəvət aldım. Ümumiyyətlə, bir çox yerli və beynəlxalq sərgilərdə iştirak etmişəm. İştirak etdiyim və yaddaşımda həkk olunan sərgilərdən biri Polşanın Krakov şəhərində keçirilən beynəlxalq sərgidir ki, orada Azərbaycanın milli ənənələrinə uyğun obraz olan “Kamança çalan qız” əsərimlə təmsil olunmuşam. Əsər çox gözəl alınmışdı”.

“Əsərim Moskvanın keçmiş meri Yuri Luşkova hədiyyə edilib”
S.Nağıyeva bildirib ki, əsərlərindən biri Mədəniyyət Nazirliyi tərəfindən Moskvanın keçmiş meri Yuri Luşkova Bakıda səfərdə olarkən hədiyyə edilib. Bəxşiş olunan əsər toxuma idi. 

Sonaxanım Nağıyeva 1976-1980-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq kollecində təhsil alıb. O, 1997-ci ildə İncəsənət Universitetində “Bədii toxuculuq” üzrə dərs deyib. 2000-ci ildən fəaliyyətini Rəssamlıq Akademiyasında davam etdirir: “Həmin ildən akademiyanın “Bədii toxuculuq və xalça sənəti” kafedrasında dərs deyirəm. Burada müxtəlif proqramlar üzərində işləmişik. Akademiya təzə açıldığından həmin vaxt kitabları, vəsaitləri özümüz hazırlamışıq. Bu yaxınlarda akademiyada toxuculuğun yaranmasının yubileyi keçirildi. Müəllimlərin və tələbələrin müxtəlif əsərləri sərgiləndi. Tələbələrin və müəllimlərin əsərləri bir-birindən fərqlənmirdi, eyni səviyyədə idi. Bu da təbii olaraq, tələbələrdə özgüvəni formalaşdırır. Əlavə olaraq onu da qeyd edim ki, Azərbaycan İncəsənət Universitetinə, eləcə də Rəssamlıq Akademiyasına İncəsənət kollecindəki müəllimim Ətəm Yusubovun dəvəti ilə gəlmişəm. Hazırda akademiyada onunla birgə işləyirəm”.

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.