Bütün xəbərlər
5 dekabr, 15:10

Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəb 125 illik yubileyini qeyd edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, yubiley tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, şəhər təhsil ictimaiyyətinin nümayəndələri, məktəbin məzunları və qəsəbə sakinləri iştirak ediblər.

Tədbirə məktəbin tarixindən bəhs edən filmin nümayişi ilə başlanılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb, ölkə Prezidenti İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Corat qəsəbəsində 125 il öncə fəaliyyətə başlayan təhsil müəssisəsinin böyük inkişaf yolu keçdiyini, məktəbin tədris nailiyyətlərinin son illərdə daha da artığını qeyd edib.
Məktəbin direktoru Nuranə Hümbətova çıxış edərək bildirib ki, mindən çox şagirdi olan məktəbdə sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Kompüter otaqları, zəngin kitabxana, məktəbin tarixi guşəsi, tarix muzeyi şagirdlərin ixtiyarına verilib.

Yubiley tədbiri şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.  
Sonda məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə səmərəli fəaliyyətlərinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin fəxri fərmanları təqdim olunub.

1 /7

Şərhlər

Xəbər lenti

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.