Bütün xəbərlər
24 yanvar, 14:56

Alimlər ölümcül ilanların: mambalar, dəniz ilanları və çınqıl ilanlarının zəhərlərinə qarşı süni intellektlə dəstəklənən antidotlar hazırladıqlarını bildiriblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, maşın öyrənməsi (Machine Learning (ML) - red.) orqanizmi ölümcül toksinlərdən qoruyan zülalların yaradılmasına kömək edib və bu, siçanlar üzərində aparılan sınaqlarla təsdiqlənib. 

Bu gün antidotlar heyvanlar immunizasiya edilərək mürəkkəb və bahalı üsulu ilə yaradılır. Atlar və onun kimi heyvanlara ilan zəhəri vurulur və antitellərin görünməsini gözləyirlər. Maşın öyrənməsi isə toksinləri zərərsizləşdirmək üçün zülalların sintezinə lazım olan vaxtı kökündən azaltmağı vəd edir. Bu da, təbii ki, daha ucuz və təhlükəsiz başa gələcək.

Tədqiqat Vaşinqton Universitetinin Tibb fakültəsi tərəfindən Kaliforniya Universitetinin Protein Mühəndisliyi Tibb İnstitutu və Danimarka Texniki Universitetinin həmkarları ilə birgə aparılıb. Universitet süni intellektin köməyi ilə hazırlanmış antidota görə patent almaq üçün müraciət edib.

Hər il ilan sancması problemindən 2 milyondan çox insan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onlardan 100 000-dən çoxu ölür, 300 000-i isə əzaların deformasiyası, amputasiya və ya digər ciddi fəsadlar yaşayır, hətta əlil olur.

Süni intellekt toksinlərlə qarşılıqlı əlaqədə olan və onları bağlayan, canlı orqanizm hüceyrələrinin reseptorlarına çatmasının qarşısını alan yeni zülallar yaratmağa kömək edir. 

Tədqiqatçılar antidotların hazırlanması üçün yeni yolların yaranmasından əlavə, kompüter dəstəkli dizayn üsullarının digər dərmanların hazırlanmasında istifadə oluna biləcəyinə inanırlar. Bu cür üsullardan tropiklərin ən yoxsul ölkələrində əziyyət çəkən, adətən pulu olmayan, diqqətdən kənarda qalan xəstəliklərin müalicəsi üçün də istifadə edilə bilər.

Şərhlər

Xəbər lenti

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.