Bütün xəbərlər
14 fevral, 16:21

13 fevral 2025-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Logistika operatoru" ixtisası üzrə təhsil alan tələbələri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına təhsil səfəri təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bu səfər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Educa Azərbaycan” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilən pilot layihənin bir hissəsidir. Layihə çərçivəsində tələbələr Böyük Britaniyanın CILT (The Chartered Institute of Logistics and Transport) beynəlxalq logistika sertifikatını əldə etmək imkanı qazanacaqlar.

Nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi məqsədilə təşkil edilən bu səfər zamanı tələbələr aşağıdakı mövzularda ətraflı məlumat əldə ediblər:

  • sətəm qaydaları və davranış prinsipləri;

  • fövqəladə hallarda təhlükəsizlik tədbirləri;

  • limanın əməliyyatları və iş prosedurları;

  • yüklərin qəbul edilməsi və boşaldılması;

  • daşınan yük növlərinin dinamik inkişafı;

  • yüklərin növləri və saxlanma qaydaları:

  •  sənədləşmə prosesinin ümumi strukturu.

Bundan əlavə, tələbələrə açıq və qapalı anbarlar, müxtəlif gəmi tipləri, avadanlıqlar, körpülər və yük aşırma prosesləri barədə əyani təqdimatlar nümayiş etdirilib.

Tələbələr üçün dəyərli təcrübə olan bu praktiki təlim, onların nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə imkan yaradıb. Layihə gənclərin logistika sahəsində beynəlxalq səviyyədə tanınan bilik və bacarıqlar əldə etməsinə, gələcək karyeralarına mühüm töhfə verməsinə şərait yaradır.

Şərhlər

Xəbər lenti

12 iyul, 21:30

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

12 iyul, 14:22

Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.