Bütün xəbərlər
29 aprel, 14:25

Vətən Müharibəsindən sonra Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qələbəmizdə qəhrəman və fədakar gənclərimizin müstəsna rolunu qeyd edərək onların milli ruhda böyüdülməsi və burada ailə tərbiyəsindən sonra təhsil müəssisələrinin üzərinə böyük vəzifə düşdüyünü qeyd etdi. Təsadüfi deyil ki, qələbəmizdən sonra ölkə başçısı çıxışlarında gənc nəslin rolu, milli ideologiya quruculuğu ilə bağlı fikirləri paralel vurğulanmaqdadır. Bu baxımdan ölkə başçısının 14 fevral 2024-cü il tarixində andiçmə mərasimi çıxışında gənclər və Azərbaycan gələcəyi ilə bağlı proqram xarakterli hədəflər mərkəzi yerdə durur. Bu çıxışda xüsusi diqqət yetirməli olduğumuz məqam ölkə başçısının gələcəkdə ölkəmizin qarşısında duran vəzifələrdən biri kimi gənclərin texnoloji inkişafda lokomotiv rolu ilə yanaşı ideoloji təhlükəsizlik məsələlərinin vurğulanması idi. Bu iki məqamın eyni zamanda vurğulanması təsadüfi deyildi. 

Belə ki, informasiya texnologiyalarının və sosial şəbəkələrin inkişafı tərbiyə işini müasir dünyamızda bütün ölkələr üçün ideoloji və milli təhlükəsizlik məsələsinə çevirməklə tədris müəssisələrinin qarşısında təlim-tərbiyə işinin təşkilində yeni çağrışlar və vəzifələr qoymaqdadır. Tərbiyə işinin təşkilində iştirak edənlər artıq təkcə Azərbaycan cəmiyyətinin daxilində gedən sosioloji, demoqrafik və ideoloji prosesləri deyil, həm də bu sahələrdə qlobal miqyasda gedən trendləri düzgün anlamalı və işlərini müvafiq formada qurmağı bacarmalıdırlar. Sadalanan sahələrdə gedən proseslər artıq tərbiyə işini bütün dünyada qlobal problemə çevirməkdədir. Bu baxımdan ölkə başçısının yuxarıda qeyd edilən çıxışı tədris müəssisələrinin qarşısında vəzifəni aydın şəkildə müəyyən edib. Həm qlobal miqyasda rəqabətqabiliyyətli yaradıcı cəmiyyətin və gəncliyin yetişməsini təmin etmək, həm də onları dövlətçiliyimiz üçün zərərli yad ideyalardan və ideologiyalardan özlərini qorumasını düzgün formada tərbiyə etmək.

İnformasiya texnologiyaları, sosial şəbəkələr və şəhərləşmənin genişlənməsi Azərbaycan gəncliyini də getdikcə daha çox dünyanın müxtəlif ölkələrindəki gəncliyə oxşatmaqdadır. Gələcəkdə bu proses daha da dərinləşəcək və genişlənəcəkdir. Bu isə o deməkdir ki, Azərbaycan öz gəncliyinin dünyagörüşünü və şəxsiyyətini milli ideyalar əsasında formalaşdırmağa çalışarkən, qlobal miqyasda gedən prosesləri nəzərə almaya bilməz. Bu baxımdan gəncliyimizi formalaşdırmaq prosesində və milli ideologiya quruculuğunda biz, ilk növbədə, “zamanla” və beynəlxalq miqyasda gedən proseslərlə rəqabətdəyik də deyə bilərik. Təlim tədris prosesində iştirak edənlər bir məsələni yaxşı anlamalıdırlar ki, müasir gəncliyin “beyinləri və daxili aləmlərini” formalaşdıraraq müəyyən istiqamətə yönəltmək üçün sistemli, davamlı və uzunmüddətli fəaliyyət aparılmadıqda, bu məkan asanlıqla kənar qüvvələrin hədəfinə və mübarizə meydanına çevrilir.

Ona görə də təlim-tərbiyə işində iştirak edənlər təkcə gənclərin ideal vətəndaş olması üçün düzgün və aydın standartlarını, hədəflərini və etalonlarını müəyyənləşdirməyi bacarmamalıdırlar. Onlar həm də bu standandartları, hədəfləri və etalonları müasir gəncliyə onların qəbul edəcəyi formada aşılamağı bacarmalıdırlar.

Burada “hər uşaq, ilk növbədə, öz dövrünün övladıdır, daha sonra valideynlərinin” deyimi yerinə düşür. Müasir dünyada insanın öz şəxsiyyətini seçməsi əvvəlki dövrlərlə müqayisədə saysız-hesabsız amillərin şüurlu və şüursuz şəkildə təsir etdiyi çoxqatlı bir təcrübədir. Ona görə də müasir gənclik əvvəlki dövrlərin (pre-modern və modern dövrlər) gəncliyindən fundamental olaraq fərqlənir, bu fərqlər müasir dünyanın obyektiv gerçəkliyidir və həmin xüsusiyyətlər və fərqlər dövlətlərin iradələrindən kənarda formalaşmaqdadır. Bütün dünyada müasir gəncliyin kimliyi – özünə, ətrafına, ailəyə və ailə dəyərlərinə və dövlətə münasibəti sürətlə və keyfiyyətcə dəyişməkdədir. Qeyd edək ki, dünyada müasir gənclik arasında “kimlik çaşqınlığı” (identity confusion) psixoloqların və sosioloqların əsas tədqiqat mövzularından biridir. Digər misal, qlobal miqyasda ənənəvi kişi obrazının və rolunun pozulması nəticəsində gender rolları ilə bağlı gənc nəslin beynində olan çaşqınlıqdır. Bu dəyişikliklərə hazırda daha çox postmodernizm dövrünün ifrat liberalizm və kosmopolitizm ideyaları, texnologiyalar və ailə institutunun dünyada dağılması ciddi şəkildə təsir etməkdədir. İfrat liberalizm və kosmopolitizm təbliğatını beynəlxalq miqyasda aparan bir çox Qərb ölkələrinin özündə də hazırda bu təbliğata və siyasətə qarşı böyük müqavimət müşahidə etməkdəyik. Həmin ölkələrdəki liberallarla mühafizəkarlar arasında kəskinləşən mübarizə təkcə həmin ölkələrin daxili siyasətlərinə deyil, bütün beynəlxalq münasibətlərə təsir etməkdədir.

Növbəti yazılarımızda sosioloqların müstəqillikdən sonra doğulan, getdikcə cəmiyyətdə sayları və təsirləri artan şərti olaraq “Z” və “Alfa” nəsilləri adlanan qrupların dünyagörüşləri və psixologiyaları haqqında məsələlərə daha konkret toxunmağa çalışacağıq.

Fuad Çıraqov,
Ayaz Rzayev

Şərhlər

Xəbər lenti

12 iyul, 21:30

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

12 iyul, 14:22

Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.