Bütün xəbərlər
28 dekabr, 15:33

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı çərçivəsində ARTİ tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində fəaliyyətlər davam edir.

Bu barədə Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində Bakı şəhəri üzrə 54 məktəb, Gəncə, Lənkəran və Ağcabədi rayonları üzrə 16 məktəb, Zəngilan rayonunun Ağalı kənd məktəbi və Naxçıvan Muxtar Respublikası üzrə 20 məktəb daxil olmaqla, ümumilikdə 101 ümumtəhsil müəssisəsində yaradılmış uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) mexanizminin yaxşı mənimsənilməsi məqsədilə mütəmadi olaraq superviziya və monitorinqlər həyata keçirilir. Bu fəaliyyətlərə sentyabr ayından start verilib.

Hazırkı mərhələdə məktəblərdə siniflərə səfərlər təşkil olunub, tədris prosesi və şagirdlərin məktəbdəki ümumi fəaliyyəti, o cümlədən fasilə zamanı, kitabxanada və yemək fasiləsi müddətində davranışları izlənilib.

Superviziya prosesində uşaqların psixoloji vəziyyətinin öyrənilməsi ilə yanaşı, layihənin fəaliyyət istiqamətini əks etdirən interaktiv oyunlar təşkil olunub, bu da uşaqların layihədə aktiv iştirakını təşviq edib.

Qeyd edək ki, superviziya və monitorinqlər layihə çərçivəsində fəaliyyət göstərən hər bir məktəbdə tədris ili ərzində ən azı 3 dəfə olmaqla aparılıb.

1 /5

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.