Bütün xəbərlər
14 fevral, 17:44

Kitab insanın içindəki dünyaya açılan qapıdır. Hər bir səhifə yeni bir aləmə keçid, hər hekayə yeni bir macəranın başlanğıcıdır.

14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü kimi təqvimə düşüb. Bu gün bizə kitab oxumağın və onu paylaşmağın əhəmiyyətini bir daha xatırladır. 
Kitab oxuma bacarığımız hələ uşaqlıqda formalaşmağa başlayır. Uşaqlarda kitab oxumağa həvəs yaratmaq üçün onların səviyyələrinə uyğun ədəbiyyat nümunələri təqdim edilməlidir. Hekayələr, nağıllar, rəngarəng təsvirlərlə dolu səhifələr uşağın fantaziyasının, düşüncə və hisslərinin inkişafına kömək edir. Uşaq ədəbiyyatı da bu missiyanı yerinə yetirərək azyaşlıların mənəvi və intellektual tərbiyəsində böyük rol oynayır.  

Uşaq ədəbiyyatı nümunələrinə tələbatla bağlı “Azərbaycan müəllimi”nə danışan “Qanun” nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bildirib ki, övladları ilə kitab almağa gələn valideynlər onların seçiminə üstünlük verirlər:

“Uşaq ədəbiyyatına maraq böyükdür və bu maraq getdikcə artır. Valideynlərin övladına istədiyi kitabı seçməyinə şərait yaratdığını müşahidə edirəm. Azyaşlılar üçün adətən, şəkilli, poliqrafik baxımdan yüksəkkeyfiyyətli kitabları almağı üstün tuturlar. Uşaq inkişafı, valideyn-övlad münasibətləri, uşağı düzgün böyütməyin yolları, eləcə də müxtəlif təlim proqramları, autizm və s. ilə bağlı kitablara daha çox üstünlük verilir”. 

Uşaq ədəbiyyatı müəllifləri arasında yerli, yoxsa xarici yazıçıların əsərlərinin daha çox oxunduğu məsələsinə toxunan Ş.Xuduoğlu yaxın vaxtlarda yerli müəlliflərin imzalarının da bestsellerlər arasına düşəcəyinə ümid edir:

“Uşaq ədəbiyyatı Azərbaycanda çox da populyar sahə deyil. Buna görə daha çox tərcümə ədəbiyyatına yer verilir. Uşaqların ədəbiyyata, kitaba marağı get-gedə artdığı üçün ümid edirəm ki, yerli müəlliflərin də əsərləri çox oxunacaq”. 

“Libraff” kitab mağazaları şəbəkəsi və “TEAS Press” nəşriyyat evinin PR mütəxəssisi Sərxan Rüstəmov qeyd edir ki, artıq məktəbəqədər yaşlı uşaqların valideynləri onların inkişafına, söz ehtiyatlarının artırılmasına xüsusi diqqət ayırırlar:

“Uşaq ədəbiyyatına tələb böyükdür. Satış rəqəmləri də onu göstərir ki, valideynlər övladlarına daim kitab almağa çalışırlar. Kitab sərgiləri zamanı bu marağı xüsusilə hiss edirik. Daha çox məktəbəqədər yaşlı uşaqlar üçün olan kitablara tələbat var. Düşünürəm ki, yaş artdıqca, məktəb dərsləri çətinləşdikcə uşaqlarda kitab oxuma vərdişləri müəyyən qədər azalır. Altı yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulan kitablara maraq daha çoxdur”.

S.Rüstəmov bildirir ki, məktəbəqədər yaşlı uşaqlar üçün rəngli, illüstrasiyalı, mətn hissəsi daha az olan kitablar daha maraqlıdır. Valideyn ona şəkli göstərərək nağılı, hekayəni təsvir edə bilər: 

“Dünya uşaq ədəbiyyatı nümunələri də dilimizə tərcümə edilir, demək olar ki, uşaq kitabxanasına aid klassik ədəbiyyatın əsas əsərləri əlçatandır. Xarici müəlliflərin kitablarının sayı çox olduğuna görə satış sayı da yüksəkdir. Sayları çox olmasa da, Azərbaycan dilində də uşaq ədəbiyyatı nümunələri yaradan müəlliflər var. Onların bəzilərinin əsərləri “bestseller”lər arasına daxil olur”, – deyə o bildirib.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

15 sentyabr, 07:30

15 Sentyabr "Bilik günü"dür

14 sentyabr, 17:18

Prezident Qarabağ Universiteti Klinikasının və yeni tədris korpusunun açılışında iştirak edib

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.