Bütün xəbərlər
5 mart, 09:48

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Hacıqabul şəhəri Allahverdi Dadaşov adına 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ağamməd Ağamətli kempo idman növü üzrə açıq respublika turnirində fərqlənmişdi. Belə ki, o, turnirdə 18 yaşlı idmançılar arasında 75 kq çəki dərəcəsi üzrə I yerə layiq görülmüşdü.

“Azərbaycan müəllimi” çoxsaylı uğurları olan bu məktəbli ilə yaxından tanış olub.

Həm idman yarışları, həm də intellektual oyunların fəal iştirakçısı 

Ağamməd Ağamətli 2007-ci ildə Bakıda anadan olub. 2014-cü ildə Hacıqabul şəhəri Fərhad Süleymanov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib. 6-cı sinifdən sonra isə Allahverdi Dadaşov adına 5 nömrəli tam orta məktəbdə oxuyub. Hazırda həmin məktəbin texniki təmayüllü sinfində təhsil alır. 2018-ci ildə sarı kəmər, 2022-ci ildə yaşıl, 2023-ci ildə qəhvəyi kəmər dərəcəsi və müəllim köməkçisi adına layiq görülüb. 

2023-ci ildə isə “İlin perspektivli idmançısı” olub. Həmçinin “Şahin” hərbi-idman oyunlarında məktəb komandasına rəhbərlik edib və komandası ilə birlikdə zona mərhələsində II yeri tutub. İdman yarışları ilə yanaşı, intellektual oyun və müsabiqələrin də daimi iştirakçısıdır. Dəfələrlə təmsil olunduğu komanda bu tipli yarışlarda I və II yerə layiq görülüb. Məktəb tədbirlərində aktiv iştirak edən Ağamməd Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun bədii obrazını məktəb səhnəsində uğurla canlandırıb.

“İdmana yazılmaq üçün sənədləri də özüm toplamışam”

Müsahibimin sözlərinə görə, idmana marağı uşaq yaşlarından yaransa da, valideynləri onu idmana qoymağa tərəddüd ediblər:

“Karate idman növü ilə uşaq yaşlarımdan maraqlanırdım. Valideynlərimi məni karate idman bölməsinə yazdırmaları üçün çox dilə tutdum, amma razı olmurdular. 4-cü sinifdə oxuyanda sinif yoldaşım mənə Hacıqabulda Elnur adlı bir müəllimin karate üzrə məşq keçdiyini dedi. Bundan sonra  valideynlərimdən yenə də israrla idmana getməyimi istədim. Nəhayət, onların inadını qırdım, bölməyə yazılmaq üçün lazım olan sənədləri də özüm topladım. 2016-cı ilin may ayında məşqə başladım. Evin tək övladıyam, odur ki, valideynlərim əvvəl tərəddüd edirdilər, yıxılıb-əzilməyimdən, zədə almağımdan narahat idilər. 

Amma sonra gördülər ki, buna əsas yoxdur. Məşqçi müəllimim - Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul rayon İdman Sağlamlıq Mərkəzinin rəhbəri, IV dan qara kəmər sahibi, dəfələrlə dünya və Avropa çempionu, Əməkdar idman ustası Elnur Şəfiyev olduqca təmkinli, diqqətli, qayğıkeş, məsuliyyətli şəxs olduğu üçün həmin keyfiyyətləri də tələbələrinə ötürməyə müvəffəq olur. Sonradan ailəm mənim idmana olan marağımı dəstəklədi, çünki idman sayəsində asudə vaxtım səmərəli keçdi, idman məndə sağlam həyat tərzi formalaşdırdı, pis və zərərli vərdişlərdən uzaq olmağım, idman uğurlarım valideynlərimi sevindirirdi. Atam da gəncliyində qısa müddət güləşlə məşğul olub, amma bəzi maddi sıxıntılar üzündən davam etdirə bilməyib”.

6 dəfə respublika, 4 dəfə Bakı çempionu olub

Ağamməd Ağamətlinin sözlərinə görə, hələ ki, xarici ölkələrdə yarışlarda iştirak etməsə də, Azərbaycanda keçirilən 40-a yaxın yerli, 2 beynəlxalq yarışda iştirak edib:

“2018 və 2019-cu ildə Azərbaycanda keçirilən Açıq Azərbaycan və Avropa çempionatında iştirak etmişəm və 2-ci yerə layiq görülmüşəm. 2018-ci ildə Azərbaycan Qoçyu-Ryu Okinava və Kobudo-Kempo Növləri Federasiyasının Bakı şəhər açıq turnirində iriqumi-cyu idman növü üzrə I yerə, elə həmin il beynəlxalq yarış olan Azərbaycan Qoçyu-Ryu Okinava və Kobudo-Kempo Növləri Federasiyasının XXI Açıq Azərbaycan və Avropa Çempionatında iriqumi-qo idman növü üzrə II yerə, 2019-cu ildə Azərbaycan Qoçyu-Ryu Okinava və Kobudo-Kempo Növləri Federasiyasının Bakı şəhər çempionatında iriqumi-go, iriqumi-syuqo idman növü üzrə III yerə, həmin il “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş XXI Açıq Respublika Birinciliyi və Çempionatında Qoçyu-Ryu, Kempo, WKF qaydaları üzrə 45 kq çəki dərəcəsində II yer tutduğuma görə diplom və medalla təltif edilmişəm. 

Eyni zamanda, 2019-cu ildə Ümumdünya Karate Federasiyasının (World Karate Federation - WKF) və iriqumi qaydaları üzrə Açıq Bakı Çempionatında 40 kq çəki dərəcəsində II yerə, 2019-cu ildə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər, qızlar və kişilər arasında Qoçyu-Ryu Okinava və Kobudo-Kempo idman növləri üzrə IV Açıq Respublika Turnirində İriqumi Qo döyüş qaydaları üzrə 45 kq çəki dərəcəsində III yerə, 2019-cu ildə Azərbaycan Qoçyu-Ryu Okinava və Kobudo-Kempo Növləri Federasiyasının Açıq Avropa Çempionatında İriqumi-qo idman növü üzrə II yerə, 2020-ci ildə Azərbaycan Azərbaycan Qoçyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri Federasiyası, Beynəlxalq Juqo Kobute və Kempo-Ryu Federasiyası tərəfindən yeniyetmələr, gənclər, qızlar və kişilər arasında KATA, Kobudo özünümüdafiə və nümunəvi çıxışlar üzrə XXIII Respublika Çempionatı və Birinciliyində Kata idman növü üzrə 15-17 yaş kateqoriyasında I yerə, 2020- ci ildə Bakı şəhər Birinciliyində İriqumi-Qo idman növü üzrə 50 kq çəki dərəcəsində I yerə layiq görülmüşəm. Əlavə olaraq, 6 dəfə respublika çempionu, 4 dəfə Bakı çempionu, qəhvəyi kəmər dərəcəli müəllim köməkçisi olmuşam, 2023-cü ilin perspektivli idmançısı adına layiq görülmüşəm”.

“Uşaqlıqdan hərbçi olmaq istəmişəm”

Gələcək planlarından da danışan Ağamməd Ağamətlinin arzusu zabit olmaqdır:

“Uşaqlıqdan hərbçi olmaq istəmişəm. Heydər Əliyev adına Hərbi İnstitutu bitirdikdən sonra zabit kimi vətənimə və millətimə xidmət etmək niyyətindəyəm. İdmanla məşğul olan hər kəsə uğurlar arzu edir, idmanla məşğul olmayanları isə idmana dəvət edir, zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edirəm”.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, alman dili hazırlıq, imtahan mərkəzi, Tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.