Bütün xəbərlər
11 dekabr, 13:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri bəlli olub.

İdarədən “Azərbaycan müəllimi”nə bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, 244 nömrəli tam orta məktəbin müəllimi Günay Sofiyeva, 262 nömrəli tam orta məktəbin müəllimi Çimnaz İbrahimova, 144 nömrəli tam orta məktəbin müəllimi Lütviyyə Yolçiyeva I, 88 nömrəli tam orta məktəbin müəllimi Günel Mustafayeva, 179 nömrəli tam orta məktəbin müəllimi Xanım Cəfərova,  261 nömrəli tam orta məktəbin müəllimi Zeynəb Ağayeva II, 71 nömrəli tam orta məktəbin müəllimi İlahə Quliyeva, 94 nömrəli tam orta məktəbin müəllimi Marina Plaxotneva, 102 nömrəli tam orta məktəbin müəllimi Gözəl Şükürova III yerə layiq görülüblər.

17 nömrəli tam orta məktəbin müəllimi Elmira Ağayeva, 143 nömrəli tam orta məktəbin müəllimi Rübabə Abdullayeva, 171 nömrəli tam orta məktəbin müəllimi Pərvin Məmmədova, 276 nömrəli tam orta məktəbin müəllimi Kəmalə İbrahimova, 280 nömrəli tam orta məktəbin müəllimi Kənan Həsənov, 202 nömrəli tam orta məktəbin müəllimi Elnarə Ələsgərova isə həvəsləndirici yeri tutub.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək. Müsabiqədə fərqlənən 45 müəllim isə “Təşəkkürnamə” ilə təltif olunacaq.  

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin müvafiq rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

Şərhlər

Xəbər lenti

15 fevral, 23:10

"Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu" keçirilib

15 fevral, 17:50

SDU-da “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” mərasimi keçirilib

15 fevral, 17:45

RFO-nun informatika fənnindən yarımfinal mərhələsi keçirilib

15 fevral, 12:11

Bağça müdirləri və tərbiyəçi-müəllimlərin ictimai dinləməsi keçirilib

14 fevral, 20:03

Sabirabadda məktəbin həyətyanı sahəsindəki yardımçı tikilidə yanğın olub

14 fevral, 18:19

LDU-da maarifləndirmə tədbiri keçirilib

14 fevral, 17:44

Uşaqlar üçün yazılan kitablara maraq necədir? – Naşirlərdən açıqlama

14 fevral, 17:34

Heydər Əliyev Fondu tərəfindən inşa olunan daha 20 məktəb istifadəyə veriləcək – VİDEO

14 fevral, 17:15

Uşaq ədəbiyyatı yazılmır deyə oxunmur, yoxsa oxunmur deyə yazılmır?

14 fevral, 16:37

ADPU-da şagirdlərə kitablar hədiyyə edilib

14 fevral, 16:29

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM

14 fevral, 16:26

AzMİU tələbələri “Microsoft” sertifikatı əldə etmək imkanı qazanıblar

14 fevral, 16:21

Tələbələr beynəlxalq logistika sertifikatını əldə etmək imkanı qazanacaqlar

14 fevral, 16:19

ADPU-da "Məktəbəqədər təhsildə uşaqyönümlü mühitin təşkili” təlimi davam edir

14 fevral, 15:58

Nazir Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb

14 fevral, 15:52

Lənkəran-Astara bölgəsində 4 yeni məktəb istifadəyə veriləcək

14 fevral, 15:16

“STEAM Azərbaycan”ın ölkə turnirlərinin təqvimi açıqlanıb

14 fevral, 15:09

“Xeyirxahlıq” “süni intellekt”ə qalib gəlib

14 fevral, 14:12

"SABAH.city" şəhərciyində nələr olacaq?

14 fevral, 13:53

"SABAH.city" layihəsi çərçivəsində Anlaşma Sazişi imzalanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.