Bütün xəbərlər
16 oktyabr, 12:56

Mərkəzi Aran üzrə şagirdlər bu il də böyük uğurlar qazanmaq üçün "Yaşıl SAF 2024" yarışında fəal iştirak edəcəklər. Ağdaş, Mingəçevir və Göyçay rayonlarından olan komandalar müxtəlif kateqoriyalarda finala çıxaraq, mühüm nailiyyətlər əldə ediblər. Bu yarış onların mühəndislik və dizayn bacarıqlarını inkişaf etdirməklə yanaşı, ekoloji problemlərə yaradıcı yanaşmalarını təşviq edəcək. Şagirdlərimiz öz bilik və bacarıqlarını nümayiş etdirərək həm yerli, həm də beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil etməyə hazırlaşırlar.

“Yaşıl SAF 2024” uğrunda şagirdlərarası mübarizə: “Yaşıl kodlaşdırma”

"Yaşıl kodlaşdırma" yarışı 10-16 yaş aralığında olan şagirdlər arasında dövri olaraq təşkil edilir və onları mühəndislik və dizayn bacarıqlarından istifadə edərək robotlar yaratmağa təşviq edir. Burada iştirakçılar robotlarını külək turbinini hərəkətə gətirmək, 5x5x5 sm ölçüdə kubları müəyyən nöqtələrə çatdırmaq və enerji toplama sahəsinə göndərmək üçün istifadə etməlidirlər. Yarışda hər komanda 3 nəfərdən ibarət olur: 1 layihə rəhbəri və 2 şagird. Komandalar fərqli məktəblərdən şagirdləri bir araya gətirə bilər. Robotlar tam avtonom şəkildə hərəkət etməli və 30x30x30 sm ölçüsünü keçməməlidir. Yarışın müddəti 90 saniyədir və robotların performansı bu müddət ərzində qiymətləndirilir. İştirakçılar 3 cəhd edə bilər və ən yaxşı nəticə yekun hesab olaraq qəbul edilir. Yarış zamanı robotların ölçü və uyğunluq yoxlaması aparılır, qaydalara uyğun olmayanlar yarışdan kənarlaşdırılır.

Bu il “Yaşıl SAF 2024” yarışında respublikanın dörd bir yanından şagirdlərin iştirakı onların mühəndislik və texnologiya sahəsində göstərdikləri böyük marağı əks etdirir. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan bir çox təhsil mərkəzləri də SAF 2024-ə həvəslə hazırlıqlarını davam etdirirlər. Ağdaş rayonundan 11 komanda finala çıxıb. Bunların 9-u M.Şeyxzadə adına internat tipli Texniki-humanitar fənlər təmayüllü gimnaziyanın yetirmələridir.    

Finalda iştirak edən gimnaziyanın komandaları “Metal Ninjas” - VEX V5, “Kings of Technology” - VEX İQ, “OrionAz” - CubeSAT, “Pilots” - H2 Grand Prix Pro, “Demolition MAN” – FlyTech, “Little Engineers” - Engineers Of Future, “Eco Guardians” - Eco Coding (lego), “Green Evolution” - Eco Coding (lego), “Bacarıqlılar” komandası isə - “Yaşıl təşəbbüslər” kateqoriyaları üzrə mübarizə aparacaq. Ağdaş şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdən olan “QARABAĞ” komandası “VEX IQ Competition” kateqoriyasında, eləcə də “Aran” komandası “FlyTech” kateqoriyasında öz bacarıqlarını sınayacaqlar.

Mingəçevir STEAM Mərkəzinin hazırlıqları

Mingəçevir şəhərindən isə 9 komanda final mübarizəsini davam etdirir. Bunlardan 2-si Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbdən, 4-ü Təbiət-riyaziyyat humanitar təmayüllü liseydən, 2-si Texniki-humanitar liseydən, 1-i 3 nömrəli tam orta məktəbdən, Göyçay rayonundan isə 1 komanda finala çıxıb. Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbdən olan “Zəfər” komandası “VidX” kateqoriyasında, Göyçay şəhəri N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbin “TRASH TRANSFORMERS” komandası da “VidX” kateqoriyasında finala çıxan komandalar arasındadır.

Mingəçevir STEAM Mərkəzinin şagirdləri builki “Yaşıl SAF 2024” yarışmasına ciddi hazırlıqlar görürlər. Komandaların çoxu beynəlxalq səviyyədə uğurlu nəticələr əldə etmək üçün səylərini birləşdiriblər. Bu il ilk dəfə qoşulduqları beynəlxalq “Yaşıl STEAM” festivalında “CubeSat” kateqoriyasında iştirak edən Gülzar Xədiyeva və komanda üzvü Leyla Əliyeva elektronika, proqramlaşdırma, simsiz xəbərləşmə, alternativ enerjilər və dizayn bacarıqlarını birləşdirərək öz süni peyklərini yaradıblar. İlk dəfə yarışa qoşulmalarına baxmayaraq, onlar qalib olmağa və bu uğurla ölkəmizi beynəlxalq aləmdə tanıtmağı hədəflədiklərini bildirdilər.

Regionun finalçıları

Bu il finalda MARTİ-ni təmsil edəcək 20 komanda arasında, xüsusilə “VEX V5” kateqoriyasında “Zəfər” komandası, “VEX IQ” kateqoriyasında “REAL WINNERS” komandası, “H2 Grand Prix Pro” kateqoriyasında “Race Car” komandası diqqət çəkir. “VidX” kateqoriyasında isə “Born to Win” və “Green World” kimi komanda adları ilə məşhurlaşan Təbiət-riyaziyyat humanitar təmayüllü liseyin şagirdləri STEAM mərkəzində final hazırlıqlarını uğurla davam etdirirlər.

Qeyd edək ki, ölkə üzrə respublika birincisi olan Mingəçevir şəhəri STEAM Mərkəzini təmsil edən “Born to Win” komandası “VEX Robotics” turniri 2024 üzrə I yerə layiq görülüb. Komandanın mentoru Leyla müəllim, iştirakçıları isə Ayxan Quliyev, Yusif Hüseynzadə və Banu Məmmədzadədir. Komanda bu il də birincilik hədəfi ilə hazırlıqlarını davam etdirdiklərini və dünya SAF STEAM yarışmasına vəsiqə qazanaraq ölkəmizi dünya miqyasında təmsil etməyi hədəflədiklərini bildiriblər.

İnanırıq ki, gənc şagirdlərimizin bu cür nüfuzlu yarışlarda iştirakı onların təhsil səviyyələrini artırmaq, beynəlxalq arenada təmsilçilik imkanları yaratmaq və ölkəmizi dünya elminin ön sıralarına çıxarmaq üçün fürsətdir. Bu cür təşəbbüslər və nailiyyətlər gələcəyin qurucuları olan şagirdlərimizin yolunu işıqlandıracaq və vətənə sevgini daha da möhkəmləndirəcək.

1 /6

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.