Bütün xəbərlər
16 yanvar, 12:11

Qlobal iqlim dəyişikliyinin ağır nəticələrinə uyğunlaşma mərhələsində əsas tələblərdən biri də su ehtiyatlarından səmərəli istifadədir.

“Azərbaycan müəllimi”nin suallarına cavab verən Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Zakir Eminov iqlim dəyişikliyinin nəticəsi olaraq ölkəmizdəki su ehtiyatlarının son vəziyyətindən, gözləntilərdən danışıb:

– Azərbaycan su ehtiyatları sarıdan kasıb ölkələrdən sayılır. Mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

– Əslində, su ehtiyatlarının az olduğunu demək olmaz. Ancaq mənbəyi ölkə xaricində yerləşdiyindən bizim üçün ciddi problemlər yaradır. Araz çayının üzərində çoxlu su anbarları yaradılması səbəbindən Kürün aşağı axarında, əsasən də Kür-Araz ovalığında problemlər yaranır. Bir neçə il bundan əvvəl Kür və Araz çayları tamamilə qurumuşdu, əhalinin və təsərrüfatların su təminatında probemlər yarandı. Su mənbələri olmadan yaşamaq, fəaliyyət göstərmək, əkinçiliklə məşğul olmaq problemdir. Əvvəla, sudan qənaətlə istifadə olunmalıdır, bu istiqamətdə dövlət səviyyəsində ciddi tədbirlər görülməlidir. Ərazi dövlətindir, tədbirlər də dövlət səviyyəsində görülməlidir. İlk növbədə isə nəzarət önəmlidir. Suyu kim götürür, nə qədər götürür və s. Ən böyük problemimiz əkinçiliyin açıq suvarma şəraitində aparılmasıdır. Dünyanın heç bir yerində bu üsuldan istifadə etmirlər. Biz çox geri qalmışıq. Ərəb ölkələrində hər hansı su mənbəyi olmadığı halda su problemi yoxdur. Deməli, sudan istifadəyə nəzarəti gücləndirmək lazımdır.

– Azərbaycanda problemin səbəbi nədir, sizcə?

– Bizə nə qədər su lazım olduğunu hələ bilmirik. İlk növbədə bu, müəyyənləşdirilməlidir. Mütəxəssislər su ehtiyatlarının yenidən qiymətləndirilməsini aparmalıdırlar. Axırıncı dəfə belə bir qiymətləndirmə 50 il əvvəl aparılıb. 50 il ərzində göstəricilər də, iqlim şəraiti də kifayət qədər dəyişib. Vəziyyət gətirib ona çıxarıb ki, Kür çayı bir dəfə tamamilə quruyub və bu, bir dəfə olubsa, yenə ola bilər. Bu, bizim üçün ciddi təhlükədir.

– Vətəndaş səviyyəsində nə etmək olar? Bir tövsiyəniz varmı?

– Hər hansı mətbuat orqanı, televiziya, radioda sudan səmərəli istifadə ilə bağlı verilişlər olmalıdır. Ayda, ildə bir mütəxəssis bir fikir deyir, hamı onu paylaşır, vəssəlam. Bununla məsələ həll olunmur. Dünyanın qabaqcıl ölkələrində bu sahədə təbliğat, təşviqat üçün xüsusi kanallar fəaliyyət göstərir. Bizdə nə vaxt olacaq? Bu barədə fikirləşmək lazımdır. Əhali arasında təbliğat, təşviqat işinin aparılması mütləqdir.

– Xəzər dənizinin suyunun şirinləşdirilməsi su probleminin həllinə töhfə verə bilərmi?

- Dünyanın əksər ölkələrində bu üsuldan istifadə olunur və bizdə də vaxtı çatıb. Təbii ki, dəniz suyu şirinləşdirilməlidir, amma hesab edirəm ki, tələbatımızı ödəmək üçün bu yol bizə baha başa gələcək. Biz ilk növbədə mövcud sudan səmərəli istifadə etməyi öyrənməliyik.

– Bu gün ölkədə hansı ərazilərdə anbarların tikilməsinə ehtiyac var?

– Təbii ki, su anbarları yaradılmalıdır. Amma bu gün təkcə Qarabağı su ilə təmin etmək deyil, Kürdəmir haqqında da fikirləşmək lazımdır. Salyan və Neftçalada susuz yaşamaq mümkün deyil. Suya tələbat Kür-Araz ovalığında daha böyükdür, nəinki Kəlbəcər və Laçın rayonlarında.

– Azərbaycan ötən ilin sonunda COP29 kimi böyük bir tədbirə evsahivliyi etdi. Təbiətə münasibətin dəyişməsində bu tədbirlərin rolunu necə qiymətləndirirsiniz? Sudan səmərəli istifadə mədəniyyətinin formalaşmasına təsiri mümkündürmü?

– İqlim elə sürətlə dəyişir ki, biz ona heç nə edə bilmirik. Ona görə də bundan sonra yalnız uyğunlaşma tədbirləri görməyə məcburuq. Sadəcə hər ölkə öz payını verməlidir. Bizi yaxın vaxtlarda heç də yaxşı proqnoz gözləmir. Ötən il oktyabrın 15-nə qədər orta temperatur 25 dərəcədən aşağı düşmürdü. Gələn il bəlkə hətta Yeni ilə qədər 20 dərəcədən aşağı düşməyəcək. Bu, bizim üçün böyük problemdir. 6 ay yağıntı olmur, 1 ay gecə-gündüz yağır. Qısa müddətdə güclü yağır, iqlim dəyişikliyinin mənfi nəticəsi budur. Son vaxtlar Bakıda baş verən hadisələr göstərdi ki, iqlim dəyişikliklərinin nəticələri ilə qarşılaşmağa hazır deyilik, amma hazır olmalıyıq. Təbii hidrometereoloji zərərli hadisələrin bundan sonra daha çox olacağını gözləmək lazımdır.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.