Şəkidə dezinfeksiya tədbirləri intensivləşib

Şəki rayon ümumi təhsil müəssisələrində koronavirusa və mövsümi xəstəliklərə qarşı dezinfeksiya işləri intensivləşdirilib.

 

Saytımıza verilən məlumata görə, Şəki Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu günə qədər  30 məktəbdə dezinfeksiya  işləri yekunlaşıb. Digər məktəblərdə isə mart ayının 9-a kimi dezinfeksiya tədbirlərinin yekunlaşdırılması nəzərədə tutulur.

 



05.03.2020 | 13:36