Rusiyalı alimlər Nüvə Təbabəti Mərkəzində olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru (BNTİ), akademik  Viktor Matveyev, Rusiya Federasiyasının elm və ali təhsil nazirinin birinci müavini, akademik Griqoriy Trubnikov, Qazaxıstanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda səlahiyyətli nümayəndəsi Ergazı Kenjin Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin nəzdindəki Nüvə Təbabəti Mərkəzini ziyarət ediblər.

 

Görüşdə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Azərbaycan  Nüvə Təbabəti Mərkəzinin direktoru Fuad Novruzov iştirak ediblər.  Məqsəd Nüvə Təbabəti Mərkəzi ilə tanış olmaq, əməkdaşlıq imkanlarını müzakirə etmək olub. 

 

BNTİ-nin direktoru V.Matveyev rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, beynəlxalq əlaqələrdən danışıb.  

 

Qonaqlara Nüvə Təbabəti Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz 2016-cı ildə yaradılıb. Xərçəng xəstəliklərinin erkən aşkarlanmasında böyük əhəmiyyəti olan  Nüvə Təbabəti Mərkəzində təcrübəli kadrların çalışdıqları, onların xarici ölkələrdə təhsil aldıqları və təcrübə keçdikləri qeyd olunub.

 

Görüşün sonunda gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.



13.03.2020 | 15:33