“Şairlər günü”

Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev-muzeyində “Şairlər günü” münasibətilə bölgə yazarlarının görüşü təşkil olunub.

 

Rayon təhsil şöbəsindən verilən məlumata görə, tədbirdə Şəki ədəbi mühitinin nümayəndələri, təhsil, mədəniyyət işçiləri, həmçinin Qəbələ rayonundan Cəlil Komaradlı, Elçin Dönməz, Mirhəsən Ağayev, Mənsurə Ağayeva, Şəhla Bayramova, Oğuzdan Yusif Rzayev, Elza Gülməmmədova, Şükufə Ruhlu, Təbriz Camalzadə, Yeganə Məhiyeva, digər şair və şairələr iştirak ediblər.

 

Tədbirdə qonaqlar öz yaradıcılıqlarından  şeirlər səsləndiriblər. Sonra yazarlar muzeyə və tədbir iştirakçılarına müəllifi olduqları kitabları hədiyyə ediblər.

 

Saz ifaçılarının çıxışı, Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr tədbir iştirakçılarında xoş ovqat yaradıb.

 

Şakir CƏFƏROV



14.03.2020 | 13:05