AzTU-da distant təhsil texnologiyalarından istifadə genişləndirilir

Azərbaycan Texniki Universitetinin (AzTU) elektron təhsil sistemi distant texnologiyaları əsasında dərslərin əksəriyyətinin keçirilməsinə imkan yaradır. Bununla əlaqədar AzTU-da  universitetin dekanları və kafedra müdirlərinin iştirakı ilə iclas keçirilib. İclasda diqqətə çatdırılıb ki, hazırkı şəraitdə bu texnologiyalardan maksimum istifadə etmək lazımdır.

 

Qeyd edək ki, hər bir tələbə öz kabinetinə daxil olaraq fənlər üzrə elektron təhsil materialları ilə (mühazirə konspektləri, məşğələ materialları, kurs işi və kurs layihələri yerinə yetirmək üçün tədris vəsaitləri, video dərslər, animasiyalar və s.) tanış ola bilər.

 

Universitetdən bildirilib ki, müəllim və tələbələrin, eyni zamanda mövcud dərs qrafiklərinə uyğun olaraq elektron təhsil sisteminin forum bölməsinə daxil olub, onlayn sual-cavabda iştirak etməsi də mümkündür.

 

 



17.03.2020 | 14:35