Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tədris prosesinin dayandırıldığı müddət ərzində Təhsil Nazirliyinin təhsilalanlara təhsil proqramlarının təmin edilməsi məqsədilə təklif etdiyi “Microsoft Teams” platformasına qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin edib.

 

Qeyd edək ki, “Microsoft Teams” platforması vasitəsilə təhsil müəssisələri üçün videobağlantı qurmaqla tədris, müzakirələri təşkil etmək üçün interaktiv alətlərdən istifadə, mühazirə və digər dərs materiallarının ötürülməsi, istənilən ölçüdə materialların yerləşdirilməsi, qrup işinin aparılması kimi imkanlar yaradılıb.

 

Bununla yanaşı, Mərkəz Azərbaycan ərazisində koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq təhsilalanların dərs prosesindən kənar qalmaması üçün müvafiq videodərslərin hazırlanmasını davam etdirir. Mərkəz tərəfindən hazırlanmış videodərslər Mərkəzin “Youtube” kanalında (https://www.youtube.com/channel/UCQ7S5s9qCKp0vW1WdVu_ing), Facebook səhifəsi (https://www.facebook.com/bakustateindustryinnovation) və Təhsil Nazirliyinin videoresurslar portalında (https://video.edu.az/vocational-school)  yerləşdirilir.

 

Qeyd edək ki, videodərslər Mərkəzin mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun olaraq tərtib olunur. Dərslər Mərkəzdə tədris olunan 8 ixtisas istiqamətləri üzrə mövzuları əhatə edir, müxtəlif cihaz və avadanlıqların iş prinsipləri və təlimatları əks etdirir. Videodərslərdən peşə təhsil müəssisələrində təhsil alan tələbələr, texniki sahənin müəyyən istiqamətlərində bacarıq və vərdişlərini artıqmaq istəyən şəxslər, müəllimlər metodik material kimi istifadə edə bilərlər.

 

 



19.03.2020 | 18:31